Steve Cobsun 2 iş təklifini rədd edən türk iş qadını: Magdalena Yaşıl

Date:

Paylaş:

Istanbulda doğulan Magdalena Yaşıl Steve Cobs tərəfindən təklif edilən 2 iş təklifini rədd edib və hazırda 58 milyard dollar bazar dəyəri olan Salesforce.com şirkətinin səhmdarı və eyni zamanda Silikon Vadisinin məşhur simalarından biridir.

1980-ci ildə Steve Cobs tərəfindən tərəfindən təklif edilən işi qəbul etməyib. İkinci dəfə 1990-cı ildə yenidən SteVE Cobs tərəfindən iş təklifi edilsə də Magdalena Yaşıl bu dəfə də iki uşağım var və sizin iş tepminizə uyğunlaşa bilmərəm deyərək rədd edib.

Magdalena 1976-cı ildə Üsküdar Amerikan Kollecini bitirdikdən sonra tibb-biologiya sahəsində təhsil almaq üçün Çikaqoya, oradan da Standford Universitetinə gedib. Burada sənayə mühəndisliyini bitirdikdən sonra elektrik mühəndisliyi üzrə də təhsil alıb.

Təhsilini bitirdikdən sonra 7 fərqli şirkətdən iş təklifi aldığını və bunlardan birinin də Apple olduğu söyləyən Magdalenanın verdiyi müsahibənin bir qismi bu şəkildədir:

Təklifin biri kiçik bir şirkətdən idi. Adı Apple idi. İki insanla görüşdüm. Steve Jobs və Steve Wozniak. Maaş təklifləri də yaxşı idi.

Universitet müəllimim sənin işləyəcəyin şirkətin adı meyvə adı olmamalıdır, daha yaxşı şirkətlərdə çalış dedi.

Texnoloji məhsullar mövzusunda məsləhətçi işləyirdim. İki dəfə ofisimə oğru girdi və müflis oldum. Sıfıra ensəm də məğlub olmadım.

Elektron ticarətlə bağlı yazdığım kitab çox yaxşı satıldı, bir çox dilə tərcümə edildi. RedHearing jurnalı 1997-ci ildə məni İlin iş adamı seçdi.

MarketPayı qurdum. Elektron pul transferi ilə əlaqəli bir şirkət idi. 7 ay sonra şirkəti satdım və artıq çox pulum var idi.

Salesforce.comun qurucularından şirkətə 500 min dollar yatıraraq ilk investor mən oldum.

Applea işə düzəlmədiyim üçün peşman deyiləm.

– Apple’a işə düzəlmədiyiniz üçün peşmansınız?

– Heç zaman peşman olmadım. Yüksək maaş insanın içindəki təşəbbüskarlıq ruhunu öldürür. Çünkü o yüksək maaşı hər zaman almaq istəyirsən və risk edib öz işini qura bilmirsən. Halbuki, təşəbbüskarlıq risk deməkdir!

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...