Əsas səhifə Motivasiya Sıfırdan dünya brendi yaradan iş adamı

Sıfırdan dünya brendi yaradan iş adamı

599
PAYLAŞ

Howard Schultz kimdir

Kasıb bir ailənin ən böyük uşağı kimi dünyaya gələn Schultz, məktəb xərclərini çalışaraq və hətta bir dəfə qanını sataraq qarşılayıb. Brooklyndə başlayan həyatı Seattledə dəyişir. Futbol təqaüdü ilə Michagan Universitetinə girən Howard, çətinliklə də olsa 1975-ci ildə məzun olur. Daha sonra New Yorkda Xerox adlı şirkətdə satış təmsilçisi kimi işləyərək ticarət sahəsində təcrübə qazanır. Bir müddət sonra mətbəx avadanlıqları satan Hammerplast (İsveç) şirkətinə keçir. Bu şirkətdə işə düzəldikdən sonra qəhvə sevgisi başlayır.

Howard Schultzın Starbucks ilə ilk tanışlığı

starbucks baku

Hammerplast şirkətində qısa müddətdə vəzifəsini böyüdən Howard Schultz Seattleda daha böyük bir şirkətdə işə düzəlir. Howard Schultz Starbucks və ilk qurucuları ilə də burada tanış olur. Biri tarix, biri yazıçı və biri də ingilis dili müəllimi olan ilk qurucular, 1971-ci ildə ticari məqsəd güdmədən Starbucksı qururlar. Məqsədləri isə hər kəsin keyfiyyətli qəhvə içməsini təmin etmək idi.

İlk qurucular 4 Starbucks dükanına sahib idilər. Schultzın həyatına qəhvə ziyarət etdiyi bir Starbucks dükanında üzünə ilk dəyən qəhvə ətri olan Sumatra ilə girir. Starbucksın sehrinə qapılan Schultz, bu şirkətin bir hissəsi olmaq üçün çox cəhdlər edir. İlk qurucuların mühafizəkar və şirkətə bağlı olmaları Schultzı yolundan döndərmir. Karyerasını, illik 75 min dollarlıq gəlirini, avtomobilini, yaşadığı şəhəri və bir çox şeyi fəda etməyə hazır olan Schultz uzun müddət rədd edilir. Sonda Starbucksda işə düzəlməyi bacarır.

Starbcuksın təməlinin atılması

starbucks baku

Howard Schultz Starbucks ilə tanış olduğu gündən etibarən ‘yaxşı qəhvənin‘ yalnız burada məhdud qalmamalı olduğunu düşünür və xüsusilə Amerikanın da bu dadı bilməsi üçün planlarına başlayır. İtaliyada bir iş gəzintisində gördüyü qəhvə mədəniyyəti ona dərindən təsir edir. İtaliyada kiçik dükanlarda satılan espressonun dadı və məkanı əhatə edən ləzzətli qəhvə qoxusu onu sanki ovsunlayır.

Amerika həmin dövrdə hələ espressonun varlığından xəbərsiz idi və bunun yaxşı bir fürsət olduğunu düşünən Schultz Seattla geri dönür. Planları, espresso və digər qəhvə çeşidlərini Starbucksda hazırlayıb müştərilərə təqdim etmək olur. Yaradıcaları isə Starbucksın yalnız qəhvənin özünü satdıqlarını xidmət göstərmədiklərini söyləyirdilər. Eyni zamanda bu fikrin yüksək risk daşıdığını söyləyirdilər. Halbuki bundan öncə o tərzdə qəhvə dükanı yaradılmış və uğurlu olmuşdu.

Starbucksın Satılması

starbucks baku

Davamlı şəkildə bu iş fikiriylə yaşamağa başlayan Schultz isə bir neçə ay sonra Starbucksdan ayrılaraq öz şirkətini qurmağa qərar verir. Bu mövzuda köhnə ortaqlarından da dəstək alır. II Giornale adlı İtalyan espresso qəhvə dükanını (bir qismi Starbucks tərəfindən qarşılanır) 400 min dollara 1986-ci ildə açır. Schultz Seattleda, İtaliyada gördüyü qəhvə mədəniyyətini yaratmağa çalışır. İtalyan operası, ayaqda içilən qəhvə, İtalyan menyuları ilə öz məkanını yaradır.

Ancaq İtaliyada gördüyü qəhvə mədəniyyətini bir qədər şişirtdiyi üçün müştərilər İtalyan operasından sıxılır və menyuları başa düşmürlər. Bu səbəblə bir az dəyişiklik edərək yoluna davam edir. 1987-ci ildə Starbucksın ortaqları şirkəti satmaq qərarına gəlirlər. Schultz isə o vaxta qədər artıq 3 yerdə II Giornale dükanı açmışdı. Satış qərarını eşidən kimi heç düşünmədən Starbucksı almaq istəyir və bu səbəblə səhmdarlarından 4 milyon dollar toplayaraq istəyinə nail olur. Starbucksı aldıqdan sonra köhnə dükanları bağlayır.

Schultz ən böyük prinsipini isə bu cür izah edir:

Biz marka yaratmaq üçün heç bir əziyyət çəkmədik. Əsas məqsədimiz keyfiyyətli məhsul təqdim edən qəhvə dükanları yaratmaq idi.

Starbucks Bakıda

starbucks baku

Azərbaycanda ilk Starbucks kafe-mağazası Bakıda 2015-ci il sentyabr ayında açılıb. İlk kafesi Port Baku Mall ticarət mərkəzində açılan Starbucks hazırda Bakıda 4 ünvanda fəaliyyət göstərir.