Soros: Bitkoin maliyyə köpüyüdür

0
1099

Planetin ən zəngin insanlarından sayılan treyder və investor Corc Soros bitkoin və digər kriptovalyutaların “tipik maliyyə köpüyü” olduğunu bildirib.

C.Soros bu sözlər Davosda keçirilən İqtisadi Forumda səsləndirib.

“Bitkoin – heç valyuta da deyil, çünki valyuta stabil yığım vasitəsi sayılır və onun kursu bir günə 25 faiz dəyişə bilməz”, – deyə milyarder bildirib.

“Kriptovalyuta – lazımınca anlaşılmazlıq əsasında aparılan spekulyasiyalardır”, – deyə Soros əlavə edib.