“Sony”nin xalis mənfəəti 1400 faiz artıb

0
614

“Sony” şirkəti üçün dekabrın 31-də 2017-ci maliyyə ilinin üçüncü rübü yekunlaşıb.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, Yaponiya istehsalçısı rüblük hesabatını dərc edib.

Hesabat dövründə şirkətin gəlirləri 23,640 milyard dollar təşkil edib. Bu, məbləğləri iyenlə hesablasaq və onu dollara çevirməsək, 2016-cı maliyyə ilinin üçüncü rübünün göstəricilərindən 11,5 faiz çoxdur.

Şirkətin əməliyyat gəlirləri 3,105 milyard dollara bərabər olub. Bir il ərzində o, 279,8 faiz artıb. Vergilər ödənilənə qədər şirkətin gəlirləri 418,1 faiz artıb və 3,036 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti ümumilikdə bir il ərzində 1407,3 faiz artaraq 2,619 milyard dollar təşkil edib