Əsas səhifə Satınalma Softbank Uberin 20 faizini satın alır!

Softbank Uberin 20 faizini satın alır!

77
PAYLAŞ

Ağıllı telefon üzərindən avtomobil kirayəsi və taksi xidməti göstərən Uber, İPO-dan (səhmlərin birjada ilkin kütləvi yerləşdirilməsi) sonra səhmlərinin 20 faizə yaxınını Yaponiya nəhəngi Softbank satmağı planlaşdırır.

Birja-ya çıxmaq qərarı verən Uber, Yapon bankı Softbankın səhmlərin bir hissəsini milyardlarla dollar qarşılığında satınalma təklifini qəbul edib.

Uber, 2019-da səhmlərini birjaya çıxardıqdan sonra təxminən 20 faiz səhmini Softbank-a satacaq.

Müqavilə çərçivəsində Softbank və digər şirkətlər ilk mərhələdə Uber-ə 1 milyard dollara yaxın sərmayə qoyacaq. Sonra Softbank, şirkət səhmlərinin 9 milyard dollarlıq hissəsini satın alacaq.

Bazar dəyəri 69 milyard dollar səviyyəsində olan Uber-in Softbankla müqaviləsi, şirkətə 1- 1,25 milyard dollar gəlir təmin edəcək. Bunun, bu günə qədərki ən böyük özəl təşəbbüs razılaşmalarından biri olacağı bildirilir.

PAYLAŞ