Əsas səhifə Birja Snapchat səhmləri 1 gündə 9 faiz artım göstərdi

Snapchat səhmləri 1 gündə 9 faiz artım göstərdi

381
PAYLAŞ

New Yorkda olan Drexel Hamilton adlı investisiya məsləhətçiliyi və maliyyə xidmətləri verən broker şirkəti dünən axşam Snap üçün “satın al” deyə bildirmişdi.

Qiymətləndirmədən əvvəlki gün 20,38 dollar olan Snap səhmləri bu gün New York Birjasında 22,25 dollara qədər yüksələrək 9,2 faiz artım göstərdi.

Snap’ın birajaya daxil olması 1 Mart tarixində New York Birjasında reallaşmışdı. Həmin gün 17 dollardan təqdim edilən şirkətin səhmləri ilk gün içində 51 faiz artaraq 25,75 dollara qədər qalxmış və bazar dəyəri təxminən 36 milyard dollar olmuşdu. Beləcə Snap birjaya daxil olduğu ilk gündə bazar dəyəri təxminən 11 milyard dollar olan Twitteri geridə buraxmışdı.

Snapchat necə yarandı və qurucusu kimdir?

PAYLAŞ