SKMF “start-ap” layihələrini güzəştli qaydada maliyyələşdirəcək

Date:

Paylaş:

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Abşeron rayonunun Xırdalan şəhərində keçirilib.

MakerSoace

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, tara istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forum çərçivəsində həmçinin sahibkarlara “start-up” layihələrinin mahiyyəti və dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsinə dair təqdimat keçirilib və belə layihələrin güzəştli qaydada maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev tədbir iştirakçılarına güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhəri və onun qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1 270 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 96,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 3 900-dək yeni iş yerinin açılmasına imkan yaradır. İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,6 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması, tara, tikinti materialları, yapışqan lent istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 160-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində Abşeron rayonunda tikinti materiallarının istehsalı müəssisəsinə və müasir istixana kompleksinə baxış keçirilib.

Ümumilikdə, Abşeron rayonu və Bakı qəsəbələrində 37 müasir istixana kompleksinin yaradılmasına 116,3 mln. manat güzəştli kredit verilib. Artıq 32 istixana istifadəyə verilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...