SKMF Qusarda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

0
763

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunda işgüzar forum keçirib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

– startap və kənd turizmi layihələrinin maliyyələşdirilməsi;

– tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının yaradılması;

– müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin yaradılması;

– ixtisaslaşdırılmış “yaşıl maket” və logistik mərkəzin yaradılması;

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.