Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Siqarlara tətbiq edilən verginin artırılmasını nəzərdə tutan layihə təsdiqləndi

Siqarlara tətbiq edilən verginin artırılmasını nəzərdə tutan layihə təsdiqləndi

124
Paylaş

Milli Məclis Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsinin artırılmasını nəzrdə tutan layihəni təsdiqləyib.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

MənbəReport
Paylaş