Sinqapurun “Keppel” gəmiqayırma korporasiyası Azərbaycandakı şirkətini ləğv edib

0
713

Sinqapurun “Keppel” gəmiqayırma korporasiyası Azərbaycanda gəmi və üzən qazma qurğularının təmiri və təkmilləşdirilməsi ilə məşğul olan “Caspian Shipyard Company” (CSC) MMC-nin könüllü şəkildə ləğv edildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, şirkət öz rəsmi saytında məlumat yayıb.

Məlumatda bildirilib ki, ləğvolunma prosedurana “AzerFELS” (“Keppel Offshore & Marine Ltd” şirkətinin törəmə şirkəti), SOCAR və “Lukoil Europe Holdings BV” arasında şirkətin yaradılması haqqında imzalanmış müqavilə müddətinin başa çatmasından sonra başlanılıb. Müqavilə 1997-ci il avqustun 26-da imzalanıb.

“Keppel” şirkəti Azərbaycanda fəaliyyətini “Bakı gəmiqayırma zavodu” MMC-də iştirak payı çərçivəsində davam etdirəcək.

Qeyd edək ki, şirkətdə iştirak payının 75 faizi “AzerFELS Ltd” şirkətinə, 20 faizi SOCAR-a və 5 faizi “LUKOIL”a məxsus idi.