Silikon Vadisinin ilk milyarderi

Date:

Paylaş:

Texnolgiya sevərlərin, New York və ya Kaliforniya deyildiyi zaman ilk olarq ağıllarına Silikon Vadisi gəlir. Bir çox insanın arzularından biri Silikon Vadisində işləməkdir. Məhz bu şəxslər üçün önəmli olan bir milyarderdən söhbət açmaq istəyirik. Beləliklə sizə Silikon Vadisnin ilk milyarderi olan Shutterstock-un qurucusu Jon Oringerin uğur hekayəsini təqdim edirik:

Silikon Vadisinin hekayələri düşündüyünüz kimi ancaq Facebook, Google kimi böyük brendlərin uğurlarından ibarət deyil. Burada bir çoxlarıın adını belə bilmdədiyi neçə şirkət öz əsasını qoymuş və adını dünyaya yaymışdır. Şəkillərinizi saxlamaq üçün sizə imkan yaradan Shutterstock-un qurucusu Jon Oringer, bu şəxslərdən sadəcə biri və eyni zamanda Silikon Vadisnin ilk milyarderidir.
Shutterstock-dan əvvəl 10-a yaxın şirkət qurmuş Jon, şəkillərinizi toplayacağınız bir sayt yaradaraq özünü tanıda bildi. Onun adını çox adam eşitməsə də bu saytdan bir çoxumuz xəbərdarıq. Jon bu sayt üçün “dəfələrlə uğursuz olmuşdum, bu dəfə də uğursuzluğa hazır idim” cümləsini qurmuşdu amma o heç zaman hansısa layihəsindən imtina etdiyini dilinə gətirməmişdi.

Bu gün 70 milyoncan çox şəkil, vektor, video və musiqini özündə saxlayan Shutterstock-dan əvvəl Jon, fotoqraflıqla əlaqəli heç bir məlumatının olmadığını bəyan etmişdir. 2003-cü ildə start veridyi layihəsində hazırda 79,764,184 media faylı saxlandığını və həftə ərzində 821,008 yeni əlavə olunan faylların olduğunu saytda yerləşən statistikadan öyrənə bilirik. Jon Oringerin buradan qazandığı sərvəti 1,35 milyard dollara çatmaqdadır. O, 2013-cü ildə elan etdiyi 1 milyard dollarlıq sərvəti ilə Silikon Vadisnin ilk milyaredri kimi öz adını siyahının əvvəllərinə qeyd etdirmişdir. 2012-ci ilin Oktyabr ayında maliyyə bazarlarına çıxarılan Shutterstock-un 55%-dən çoxu Jon Oringerdədir və buradan illik 1 milyard dolları keçən bir gəlir əldə etməktədir.

Shutterstock-un ideyası necə ortaya çıxıb ?

John Oringer Shutterstok ideyasından öncə interrnet brauzerlərinin lazımsız faylları və səhifələri açmağını qadağan edən bir proqram üzərində işləyirmiş. 2003-cü ildə isə şəkil saxlanılması üçün sayt yaratmaq ideyası ağlına gəlir və bu haqqda o belə danışır: “O zamanlarda proqramlaşdırma ilə məşğul idim və insanların abunəliklərini yeniləməyə çaışırdım. E-maillərim üçün ümumi foto fayllara ehtiyacım var idi. O zaman bunları bir yerə yığıb saxlamağın necə çətin bir iş olduğunu başa düşdüm”
Bəlkə də bir çoxumuzun hələ internetin varlığından xəbərimiz olmayan dövrdə, məkanları və obyektləri özündə saxlayan müxtəlif fotoların sayı çox az idi. Bu işi isə görən sadəcə bir neçə şirkət mövcud idi. “Getty Photo” kimi əsasən xəbər saytları üçün şəkillər istehsal edən bir neçə şirkət xaricində, hər hansısa alma şəklini belə tapmaq problem idi. Belə bir şəklə ehtiyac duyduğunuz zaman olduqca xərc tələb edən bir məsələ ilə üz-üzə qalırdınız. Məhz belə anlardan birində Jonun ağlına gələn Shutterstock ideyası onu milyarderə çevirmişdi.
Hərhansısa bir şəkil arxivinə sahib olmamasına baxmayaraq Jon Oringer, bir fotoaparat almış və “Craigslist” kimi saytlarda yayımlanan şəkil elanları vermişdir. Ən böyük sərmayesi olan fotoapartı ilə New York küçələrində gəzməyə başlayan Jon, heç kimin diqqətini çəkməyən ən adi şeylərin belə şəkillərini çakmişdir.

Əlindəki fotoaparatı ilə ən adi şeylərin belə şəklini çəkən Oringer, ilk ilində 30-mindən çox şəkli Shutterstock saytında yerləşdirmişdir. Müştəri cəlb etmək üçün isə Google Reklamları servisində elan vermişdir.

Jon Oringer bu mərhələyə qədər Manhattan-da fəaliyyət göstərmiş və Silikon Vadisinə getmək istəmirmiş. Bunun səbəbini isə o sərmayə ehtiyacının olmamağı ilə izah edirdi. Çünki, Shutterstock digər şirkətlərdən fərqli olaraq kənar sərmayə olmadan qurulmuşdu. Kənar investisiya olmadığı üçün həm bütün idarəetmənin ona məxsus olduğundan həm də ilk dövrlərdə gəlir məqsədi güdməyindən bəhs edən Jon, bu səbəblərə görə Silikon Vadisinə getmək istəmədiyini deyirdi. Etməli olduğu şey isə sadəcə bir nəçə min dollarlıq fotoaparat almaq və özünə ofis icarəyə götürməklə işinə davam etmək idi.

Shutterstockun hazırki mövqeyi

Jon Oringer ilk öncə şəkil çəkmək, internet səhifəsi dizayn etmək və telefonlara cavab vermək kimi işləri özü yerinə yetirmişdir. İşi böyütmək ehtiyacı yaradığı zaman isə o təxmin edilənin əksinə bir fotoqrafla deyil, mühəndislə işləməyə davam etmişdir.
Hazırda isə Shutterstock, 150 -dən çox ölkədə 750 mindən çox istifadəçiyə şəkil satışını həyata keçirən bir “şəkil bankı” formasına çatmışdır. Böyümə hədəflərini hər il daha da artıran Shutterstock hazırda: şəkil, vektor, illustrasiya, ikon kimi bir çox xidmətlərlə yanaşı video və musiqi xidmətlərinə də başlamışdır. Özü qazanmaqla paralel sənətçilərə də qazandıra Shutterstock, dünyada geniş bir istifadəçi şəbəkəsinə sahibdir və bu səbəblə də, bir çox sənətçi məhz öz işləri üçün Shutterstock-u seçməktədir.
Jon Oringer, öz ehtiyaclarından ortaya çıxan təşəbbüsü ilə adını zirvələrə yazdıranlardan olmuşdur. Bütün ixtiraların məhz ehtiyaclardan ortaya çıxdığı deyilir. Əldə etdiyi uğur və sərvətindən danışmağı xoşlamayan Jon, söhbət bura çatdığı anlarda onu ustalıqla dəyişdirməyi də bacarır. Deyilənə görə Jonun Univeristet zamanı şirkətlərdə olduğu təcrübə müddətlərindən başqa heç bir yerdə stajı olmayıb. Bu mövzuda isə Jon: “Deyəsən, artıq real bir işim var” demişdir. Hazırda O, Shutterstock-da CEO olaraq işini davam etdirməkdədir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...