Əsas səhifə Auksion Şifrə maşınından sərvət qazanan professor

Şifrə maşınından sərvət qazanan professor

218
PAYLAŞ

Enigma – Adolf Hitler dövründə Alman ordusunun cihazın istehsal haqqlarını almasıyla birlikdə, nasistlər tərəfindən istifadə edilməyə başlanan şifre maşınıdır. Yazışmaları kripto halında etibarlı bir şəkildə kodlaşdıran cihaz müəyyən sayda istehsal edilib və müttəfiqlər sonda Enigma kodunu qırmağı bacarıb. Hətta bir çox tarixçilərə görə döyüşü sona çatdıran səbəb şifrənin qırılması olub.

Cihazın əhəmiyyətini bilən və Enigma’nı çox yaxşı tanıyan bir kriptoqrafiya professoru, bu şifrə maşınıyla bir bazarda qarşılaşıb.

 

Nə aldığını yaxşı bilən ağıllı investor satıcının antikvar bir makina hesab etdiyi cihaza 100 avro ödəyərək sahib olur.

Şifrə maşınını Artmark adlı hərrac evinə aparan kolleksiyaçı 100 avroluq yatırımında nə qədər haqlı olduğunu başa düşür.

Çünki II. Dünya Döyüşü dövrünə aid olduğu dəqiqləşən cihaz 9.000 avrodan hərraca təqdim edilib və 45.000 avroya yeni sahibinin olub.

PAYLAŞ