Əsas səhifə Şirkətlər Sıfırdan yaranan dünya brendi – Simit Sarayı

Sıfırdan yaranan dünya brendi – Simit Sarayı

605
PAYLAŞ

“Simit” artıq dünya brendidir

Haluk Okutur OTDÜ məzunu olaraq yeni bir həyata başlamışdı. Yaxınları ona heç bir işi layiq görmədiyi bir vaxta o simitçi olmağa qərar verdi. Dörd işçiylə birlikdə işə başladı və Osmanlının fastfood-u olan simitin şöhrətini ona geri qaytardı. Sizə “Simit Sarayı“nın qurucusunun sıfırdan bir dünya brendi yaratma hekayəsini təqdim edirik.

Bir təşəbbüskarlıq hekayəsi: Simit Sarayı

İstanbulda 4 işçiylə işə başlayan, bugün bütün dünyada 6500 işçisi, günlük 500 minə yaxın müştərisi olan bir dünya brendinə çevrilən “Simit Sarayı” yeni biznes qurmaq istəyənlər üçün əsl ilham mənbəyidir. Yaxşı bəs, bu ideya necə ortaya çıxdı ? Necə bu qədər güclü bir şəbəkə halına gəldi ?

Simit deyib keçmək olmaz

“Simit Sarayı” İdarə Heyətinin Sədri olan Haluk Okuturun karyera axtarışı, ODTÜ-nün Biznes mühəndisliyi ixtisasını bitirdikdən sonra öz-özünə “Necə iş qurmaq olar?” “Həyatımı necə davam etdirməliyəm?” “Daha çox pul qazanmağın yolları nədir?” kimi bir sıra suallarla başlamışdır. Həmin dövrdə xarici kapitallar vasitəsi ilə açılan supermarketlər, günü gündən çoxalan AVM-lərin rəğbət görməsi 950 minə yaxın məhəllə dükanlarının bağlanması və bir çoxunun da müştərisinin azalmasına gətirib çıxarmışdı. Bu məsələ Okuturu “Bu dükanlar necə fəaliyyətini davam etdirə bilər ?” sualı altında bir layihəyə sürükləyir. Okutur, satış texnikaları, satın alma texnikaları, müştəri məmnuniyyəti, personal idarə olunması mövzsularında 50-60 səhifəlik kiçik bir kitab hazırlayıb satmaq qərarına gəlir. Bu kitabı hazırlamaq onun 8 ilini alır. Topladığı materiallar 6000 səhifəyə çatdığı zaman isə o bütün bunların bir işə yaramayacağı fikrinə də düşür. Lakin onun topladığı bu məlumatlar və praktiki biliklər əslində onun bir çox sahədən məlumatlı və eyni zamandə təcrübəli olmasına gətirib çıxarmışdı. Məhz bu biliklər pərakəndə satış sektorunda sistemli bir işi çox rahat bir şəkildə qura bilməsi üçün ona zəmin yaradır. İlk öncə nağd və tez müddətə başa gələn satışları həyata keçirməyə qərar verir. Təbii ki, belə məhsullardan ilk ağla gələni də “çörək” idi. Lakin bu sahədə olan böyük rəqabəti görüb geri addım atmağa məcbur olur. Ağlına gələn ikinci ideyanı isə “üzümdə təbəssüm yaratdı” ifadəsi ilə şərh edən Okutur, “simit” satmağa qərar verir. Osmanlının fastfoodu sayılan simitə olan təlabət və türk millətinin rəğbəti bu sahədə onu xeyli həyəcanlandırmışdı. Bu əhvalat 2000-ci illərdə Türkiyənin Ərzincan vilayətində baş verib.

simit sarayi baku

İşi böyütmək

Okutur bilirdiki simit insanların 24 saat istehlak edə bildiyi bir məhsuldur və daha çox sata bilmək üçün, daha geniş bir bazarda fəaliyyət göstərməli idi. Bu satış tələblərinə isə cavab verən yer, Okuturun çox da yaxşı bilmədiyi İstanbul idi. Beləliklə Okutur, 2002-ci ildə “simitçi” olmaq arzusuyla istanbula gəlir. Təbiiki Ərzincandakı kimi bir mağaza icarəyə götürmək İstanbulda o qədər də asan olmur. Əlində olan sərmayəsi isə istədiyi yerdə mağaza icarəyə götürmək üçün kifayət etmirdi. Bu səbəbdən o İstanbulda bir neçə tanıdığı insanlarla əlaqə saxlayıb öz layihəsindən danışmağa başlayır. Lakin əlaqə saxladığı insanların əksəriyyətindən ala bildiyi tək şey “Bu qədər oxumusan, simitçi olacaqsan ?” nəsihətləri olur. 3 ay ard-arda cəhdlər edən Okutur özünə şərik tapa bilmir.

İstanbulda, “Boğaziçi Universiteti“nin qarşısında, Hisarüstündə Okuturun dostunun sahib olduğu “Durak Copy” dəftərxana mağazası var idi. Həmin mağazaya bitişik isə köhnə və artıq bağlanmış bir kababçıydı. “Durak Copy”-nin sahibləri qonşuluqda daha bir rəqib dəftərxana açılmasın deyə buranı kafe və ya market kimi işlətmək niyyətində idilər. Həmin dövrdə isə Okutur bu boş mağazanı görmüşdü və öz layihəsi üçün uyğun bir yer olduğundan əmin idi. Beləliklə o bu mağaza üçün Abdurrahmanla danışmaq qərarına gəlir. Təklif Abdurrahmanın digər şərikinin də işə qoşulması şərti ilə qəbul olunur. Nəhayət əlavə xərclərə baxmayaraq məhdud bir büdcə ilə mağaza hazır hala gətirilməyə başlanır. Yoxdan var edilən mağaza, yavaş-yavaş “simit sarayı konsepti”nə uyğunlaşdırılır. Növbə gəlir sobaya. Həmin dövrdə simit sobası düzəldəcək usta tapmaqda problemlər yaşanır. Çünki insanların şüurlu istehlak alışqanlıqları, həmçinin simitin şöhrətinin düşməsi bu sahə üzrə çalışan ustaların da sayını azaltmışdı. Problem təkcə usta problemi deyildi, vəsait baxımından da sıxıtılar yaşayan Okuturun gücü yalnız lahmacun sobası üçün kifayət edirdi. Simit sobası daşdan düzəldilir və odun vasitəsi ilə istifadə olunur. Bu sobalar lahmacun sobalarına görə daha geniş ölçüdə hazırlanır. Bu səbəbdən xərcləri daha çoxdur. Nəticə olaraq Okutur lahmacun sobası hazırlatdırır ki, ölçülər səbəbi ilə bu sobada yarım saat ərzində cəmi 30-40 ədəd simit bişirilə bilirdi. Bu da növbələrə səbəb olacaqdı. (Sonradan bu növbələr Okuturun işinə yaradı. Çünki növbələrin hesabına insanlar buranı “Türkiyənin ən yaxşı simit bişirən yeri” yeri olaraq düşünür və qəbul edirdi.)

Bir müddət sonra stol, stul, soba, çay dəzgahı konsepti tamamlanır. Lakin Okutur simitin necə hazırlandığını, necə dairəvi forma verildiyini və ədviyyatların istifadə qaydasını bilmirdi. Bu səbəbdən simitlər hazırlayaq ustaya ehtiyac var idi. Yenə həmin dövrün problemlərinə əsasən simit hazırlayacaq ustanı tapmaq və ya mövcud ustaları bu mağazaya cəlb etmək xeyli çətin idi. Axır ki, Okutur bir xəbər əsasında İstanbuldaki çayxanaların birində artıq neçə aydırki iş axtaran bir simit ustasını tapır. (Bu usta hazırda “Simit Sarayı”da kifayət qədər hörməti olan Kənan ustadır.)

Okturun söhbətində eyni həyəcanla vurğuladığı ikinc bir xatirəsi isə Boğaziçi Universitetindən sonraki, “Simit Sarayı“nı tanıdan Mecidiyeköy, Ortaklar prospektindəki mağazasaı idi. O zamanlar ikinci mağazanı açamaq qərarına gələn Okutur, vitrin şüşələri qəzet kağızları ilə örtülmüş bu mağzanın sahibini tapır və görüşür. “Mən bu mağazada zərər etmişəm” deyən mağaza sahibi bura üçün 100.000 dollar hava pulu istəsə də, Okutur bu mağazanı götürməyə qərar verir.  Lakin problemlər bitmirdi, cibində un və küncüt alacaq qədər (2000 dollar) pulu olan Okutur, əlindəki bütün pulu verir. Qalan pulu isə bir həftə sonra ödəmək şərti ilə mağaza sahibi ilə razılaşırlar. Bu layihənin uğurlu olduğunu Abdurrahman bəyin də qəbul etdiyini zənn edən Okutur, bu həmlədə şərikindən rədd cavabı alır. O, daha sonra bu layihəni Mehmet bəyə danışır. Mehmet bəy həmişə onu mağaza işləyərkən görürdü və ona inanırdı. “Bundan sonra nə iş görsəz, yanınızdayam” deyən Mehmət bəydən arxayın olan Okutur ona yerdə qalan 98 min dollarlıq hava pulundan bəhs edir. Mehmet bəy işləmək istəsə də, bu qədər pulu yox idi. Həmin dövrlərdə Mehmet bəyin illərdi xəyalını qurduğu, 18 il yığmış olduğu pulla aldığı bir Mercedesi var idi. Okutur bu avtomobili satmağı təklif edir. Bir neçə dəqiqəlik durğunluq yaşayan Mehmet bəy isə sonda çəkinmədən maşının açarını çıxarıb ona verir. (Bu addımdan sonra Okuturun ağlındaki ilk hədəfi, qazanacağı pullardan dəyəri nə olursa olsun Mehmet bəyə istədiyi model avtomobili almaq olmuşdu.) Avtomobil elan qəzetində yerləşdirlir və ertəsi gün satılır. Beləcə, Mecidiyeköy hekayəsi başlamış olur.

Qlobal bazara çıxmaq hədəfi

Okutur 4 işçisi ilə başladığı işinə hazırda 3500 işçi ilə dava etməkdədir. Onun hədəfi 100.000 işçisi olan “Simit Sarayı” ailəsini formalaşdırmaqdır. Bunun səbəbi isə, insanların əvvəlcə özləri üçün, sonra ailələri üçün, daha sonra isə işləməli olduğunu düşünməsidir. Okutur, insanların həyat şəraitinin ölkənin nüfuzu ilə təmin oluna biləcəyini, bu nüfuzun isə ölkənin brendləri vasitəsi ilə artırıla biləcəyini söyləyir. Okuturun digər bir hədəfi isə dünyada 34.000 mağazayla ən böyük şəbəkəyə malik olan Mc Donaldsı, 34.000+1 “Simit Sarayı” mağazalar şəbəkəsi ilə geridə qoymaq və dünya brendinə çevrilməkdir.

Biznesə başalayarkən uğurla olan insanlardan ola bilmək üçün lazım olan xüsusiyyətlər sırasında iş görmək həvəsi, iş görmə həyəcanı kimi maddələri sadalayan Okutur, əsas məsələnin cəsarət və özünə-inamda olduğunu qeyd edir. O, əldə etdiyi təcrübələrə əsasən, bir işdən nəticə alabilmək üçün o işə inanamaq, düzgün şəkildə planlamaq, cəhd etmək, lazım gələrsə hətta 24 saat dayanmadan işləmək, işə adaptasiya olmaq, yorulmamaq və imtina etməmək, uğurun dadını çıxarmaq kimi əsas kriteriyalara da uyğunluq göstərməyin vacib olduğunu qeyd edir.