Sıfırdan biznes qurmaq istəyənlər üçün keçirilən konfrans – From zero to CEO

Date:

Paylaş:

27 May tarixində İT Step Academydə From Zero to Ceo Konfransı baş tutmuşdur!
Müstəqilliyimizdən sonra ölkədə real biznes mühiti formalaşdı. Qeyd edilməlidirki, biznesin ölkə səviyyəsində inkşaf etdirilməsi, bu sahədə təcrübəli yerli mütəxəssislərin hazırlanması ölkə iqtisadiyyatının güclənməsi və onun dünya bazarında əlverişli iqtisadi-strateji mövqe qazanmasının əsas təminatçısıdır. Ölkədə belə biznes sferasının yaranmasının təsiri ilə müxtəlif yeni biznes fəaliyyətini yerinə yetirən qurumlar meydana gəldiki, bunların da hər birinin arxasında əzmkar yol keçmiş icraçı direktorlar- CEOlar durur. Belə LİDERərin uğur hekayələrini birbaşa onların dilindən eşitmək, məsləhətlər almaq həmişə gənclər tərəfindən həvəslə qarşılanmışdır və faydaları aşikardır. Və bunun üçündə konfransın şüarı “Bugünün və sabahın CEOlarının konfransı” olaraq seçilmilşdir.

Günümüzdə uğur qazanmış bütün insanların ortaq nöqtəsi “0”-dan kiçik addımlar atmağa başlamalarıdır. Bu konfransda  “0”-dan başlayıb həm öz həyatlarını, həm də digər insanların həyatını dəyişən CEO – ların dilindən “0”-dan başlamanın önəmini, qarşılaşacağınız çətinliklərin öhdəsindən necə gələcəyinizi, risk etmənin və hər cür nəticəyə hazırlıqlı olmanın önəmindən, bir sözlə-bir girişi olduğunu düşündüyünüz küçələrin, əslində bir neçə çıxışı olduğundan bəhs olunub.

Toplam iki hissədən, ümumilikdə 6 spikerin iştirakından ibarət olan forumda ilk dəfə fərqli formatda- spikerlərin çıxışı kimi deyil, onların müəyyən edilmiş aktual mövzular ətrafında söhbəti olaraq baş tutub.

Spikerlər:

Elşən Rəhimov- Barattson School of Business & Finance, Founder-CEO

Dos. İsa Qasımov-Technopark İnkubasiya Mərkəzi, CEO

Nigar Köçərli-Əli və Nino kitabevi, Founder-CEO

Tural Yusifov- Dj.Turalla AvtoStop, Founder-CEO

Zaur Darabzadə- Cinema Plus, Founder-CEO

Fərid İsmayılzadə- hesab.az goldenpay, Founder-CEO

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...