Əsas səhifə İnvestisiya “Samsung” Çində çip istehsalına 7 milyard $ investisiya yatırır

“Samsung” Çində çip istehsalına 7 milyard $ investisiya yatırır

86
PAYLAŞ

Dünyanın nəhəng yarımkeçiricilər istehsalçısı olan “Samsung Electronics” şirkəti Çin ərazisində smartfonlarda və digər cihazlarda istifadə olunan flaş-yaddaş çiplərinin istehsalı üçün 7 milyard dollar vəsait yatıracaq.

İKT.lent.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, əsas investisiya “Samsung”un Çinin Şensi vilayətinin Sian şəhərindəki müəssisəsinin gücünün genişləndirilməsi istiqamətinə yönəldiləcək.

“Samsung” flaş-yaddaş istehsalı bazarında liderdir. İDC şirkətinin məlumatına əsasən 2017-ci ilin birinci rübündə onun dünya üzrə bazar payı 41 faiz təşkil edir. İkinci yeri 18 faiz payla “Toshiba” şirkəti tutur. Bundan başqa, C. Koreya şirkətinə dinamik yaddaşın 44 faiz bazar payı məxsusdur.

PAYLAŞ