Sahibkarlar Qaqauziyada keçiriləcək sərmayə forumuna dəvət olunurlar

Date:

Paylaş:

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Qaqauziyada keçiriləcək beynəlxalq sərmayə forumuna dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, noyabrın 4-5-də Qaqauziyada “İnvest Qaqauziya-2017” III beynəlxalq sərmayə forumu keçiriləcək.

Bu il Qaqauziyada azad sahibkarlıq zonası statuslu iki yeni investisiya meydançası açılıb. Ötən ildən muxtariyyət ərazisində investisiyalar haqqında regional qanun qüvvədədir. Bunlar regionu ixrac, sənaye istehsalı və investisiya qoyuluşu baxımından cəlbedici edir. İştirakçılar investisiya forumunda region haqqında, eləcə də investisiya imkanları barədə məlumatlar əldə edə biləcəklər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...