Əsas səhifə Konfrans və sərgi Sahibkarlar “Almaty Invest 2017” Forumuna dəvət olunurlar

Sahibkarlar “Almaty Invest 2017” Forumuna dəvət olunurlar

64
PAYLAŞ

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Almatıda keçiriləcək Beynəlxalq İnvestisiya Forumuna dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan bildiriblər ki, oktyabrın 5-də Qazaxıstanda “Almaty Invest 2017” V Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Tədbirdə Qazaxıstan və Almatının investisiya iqlimi, qida sənayesi, təhsil və kino sənayesi müzakirə olunacaq. Forum çərçivəsində investorlar üçün master-klass təşkil ediləcək.

Forumda dünya və yerli biznes liderləri, investisiya şirkətlərinin, maliyyə institutlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

PAYLAŞ