Səidə Şamilova Dubayda qızıl aldı, “Audi A3” qazandı

0
1086
Birləşmiş Ərəb Əmirliklərində “Joyalukkas” qızıl-zinət mağazasının keçirdiyi “Al və qazan” kampaniyası sayəsində azərbaycanlı Səidə Şamilova “Audi A3” avtomobili udub. Virtualaz.org xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin sakini olan və əvvəllər Azərbaycanda yaşamış Səidə Şamilova mağazadan yaxınlarına zinət əşyaları alıb və ona verilən kupon kampaniyada uduşlu çıxıb, ən yüksək prizlərdən birini qazanıb.

“Audi”nin açarlarını azərbaycanlı qadına “Joyalukkas” şirkətlər qrupunun icraçı direktoru Soni Alukas təqdim edib. “Mən udduğumu eşidəndə çox təəcübləndim. Öz yaxınlarım üçün bayram hədiyyəsi kimi zinət əşyaları almışdım və “Joyalukkas”dan bu möhtəşəm hədiyyəni qazandım. Çox razıyam, çox sağ olun”-Şamilova bildirib. Ona avtomobillə yanaşı digər qiymətli hədiyyələr də verilib. Uduşa 5 “Audi A3” avtomobili çıxarılıbmış.