Əsas səhifə Maraqlı Səudiyyə Ərəbistanı son 3 ildə 250 milyard $ itirib

Səudiyyə Ərəbistanı son 3 ildə 250 milyard $ itirib

127
PAYLAŞ

Səudiyyə Ərəbistanı son üç ildə 250 milyard dollar nağd valyuta itirib.

“Middle East Eye” xəbər portalı xəbər verir ki, Səudiyyə Ərəbistanının Pul Agentliyi ölkənin təkcə son üç il ərzində 250 milyard dollar nağd vəsaiti itirərək bu göstəricinin son 6 ilin ən aşağı səviyyəsinə düşdüyünü açıqlayıb. Ölkənin valyuta ehtiyatları 14 ay ərzində dayanmadan azalır.

Statistikaya görə, ötən illə müqayisədə nağd valyutada 12,4 faiz azalma müşahidə olunub. Səudiyyə Ərəbistanının Pul Agentliyi 932 milyard səudiyyə rialı (249 milyard dollar) valyuta itirib.

Buna səbəb kimi, Qətər böhranı, Yəməndə aparılan hərbi əməliyyat və neftin qiymətinin aşağı düşməsi göstərilir.

© Azərtac

PAYLAŞ