Əsas səhifə Maraqlı Səudiyyə Ərəbistanı şahzadələrindən 1 trilyon dollara yaxın müsadirə!

Səudiyyə Ərəbistanı şahzadələrindən 1 trilyon dollara yaxın müsadirə!

62
PAYLAŞ

Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada şübhəli bilinərək həbs olunan şahzadələr, nazirlər və digər dövlət məmurlarından 800 milyard dollaradək müsadirə etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu “The Wall Street Journal” yazıb.

Məlumata görə, həbs olunan şəxslərin pullarının əksər hissəsi xaricdəki banklarda saxlanılır. Həmin pulların Səudiyyə Ərəbistanına gətirilməsi müsadirə planının reallaşmasını çətinləşdirir.

Qəzetin yazdığına görə, hətta bu məbləğin bir hissəsi Səudiyyə Ərəbistanında maliyyə sahəsində yaranmış problemləri aradan qaldıra bilər.

Məqalədə qeyd olunub ki, anti-korrupsiya əməliyyatları çərçivəsində 60-dan çox şahzadə, yüksək vəzifəli dövlət məmuru və iş adamı həbs olunub. Artıq krallığın Mərkəzi Bankı şübhəlilərin şəxsi bank hesablarını dondurub.

Səudiyyə Ərəbistanı hökuməti həbs olunan şəxslərə məxsus şirkətlərin bank hesdablarının dondurulmayacağını bildirib.

Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Həmin şəxslərin adları açıqlanmasa da, onların qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunaraq saxlanıldıqları bildirilib.

PAYLAŞ