Əsas səhifə Biznes sahələri Konfrans və sərgi Sənin əsl dostun kitabdır layihəsi uğurla başa çatdı

Sənin əsl dostun kitabdır layihəsi uğurla başa çatdı

199
Paylaş

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sənin əsl dostun kitabdır” adlı fərdi layihə uğurla həyata keçirilmişdir. Layihə ölkəmizdə mütaliə mədəniyyətinin mövcud vəziyyətinin araşdırılması, kitaba tələbatı və onunla bağlı problemlərin öyrənilməsini tədqiq edir. Eyni zamanda məqsədimiz təhsil alan yeniyetmə və gənclərin mütaliə vərdişinin artmasına köməklik etməkdir. Sözü gedən layihə çərçivəsində Bakı və Şirvan şəhərlərinin məktəblərində maarifləndirici görüşlər təşkil olunub. Görüş tədbirlərində bu sahəyə göstərdiyi köməkliyə görə Gənclər Fonduna təşəkkürlər bildirildi. Tədbirlərdə hazırda yeniyetmə və gənclərimizin mütaliə barəsindəki probləmləri, həlli yolları, kitab oxumağın faydaları və .s. müzakirə edildi.

Düşünürəm ki, bu layihəm  yeniyetmələrdə və gənclərdə mütaliə vərdişlərinin yaranmasında köməkçi olacaqdır.

 

Layihə rəhbəri:  Lalə Şadlinskaya

Paylaş