Əsas səhifə Motivasiya Səhvən yaranan 100 milyon dollarlıq şirkət

Səhvən yaranan 100 milyon dollarlıq şirkət

510
PAYLAŞ

John King  və Jim Scottun qurduğu “Stonewall Kitchen” adlı ev yeməkləri istehsal edən firma hazırda 100 milyon dollarlıq bir dəyərə sahibdir. Lakin, 25 il əvvəl yeni qurulan şirkət heçdə gəlir gətirəcəyə bənzəmirdi. Kingin danışdıqları, biznes qurarakən problemlərlə qarşılaşanlara nümunə ola bilər.  King bu işə necə başladıqlarının detallarını belə izah edir:

Tətillərimdə, Jim ilə birlikdə ev üsulu mürəbbə və souslar hazırlayırdım. Bir tanışımız bizə, part-time işləyib, geri qalan vaxta hazırladığımız məhsulları bazarda satmağı məsləhət gördü. Biz də etdik.

Məhsul seçimində heç bir kataloqa əsaslanmadıqlarını qeyd edən King, sevdikləri şeylərdən heç vaxt imtina etmədiklərini vurğulayarakən bunları deyirdi:

Heç bir zaman, standart məhsullar ilə işləməmişik. Həmişə nə istədiyimizi bilib, onun üçün işləmişik. Əgər biz çiyələk mürəbbəsi hazırlasaydıq və satılmasaydı biz onun adını dəyişib “Çiyələk siropu” qoyub yenidən satardıq.

biznes

King, etdikləri səhvlərdən necə dərs çıxardıqlarını və məhşur mürəbbələrinin meydana çıxma prosesini isə belə izah edirdi:

Hot-doghamburger üçün sarımsaq sousu hazırlayırdıq, məhsulun müəyyən bir şəkər norması var idi və onu keçməməli idi. Lakin mənim əlavə etdiyim şəkəri görməyən Jim, biraz da şəkər əlavə etdi və əslində sous olacaq məhsul, mürəbbəyə bənzər bir qarışığa çevrildi. Biz bu qarışıqdan 120 banka hazırlamışdıq və bunları atmaq bizim üçün həqiqətən də böyük zərər idi. Nəticədə biz bu sousu nə olursa olsun satmağa qərar verdik, gözləmədiyimiz bir şey baş verdi. Satışlarımız çox uğurlu oldu. Çünki biz bütün insanlara bu sousların “bagel çörəkləri” və kreykerlər üçün nəzərdə tutulduğunu demişdik. Onlar bu dadı çox sevmişdilər.

biznes

King, heç gözlənilməyən vaxtlarda ortaya çıxan tərsliklər və bunların öhdəsindən gəlmək barədə deyirdi:

Crate&Barel bizim ilk böyük razılaşmamızı etdiyimiz şirkət idi. 2000 ədəd marmelad sifarişi vermişdilər və o zamanlar əl ilə istehsal etdiyimiz üçün bunun 3 ay kimi bir vaxt aparacağını demişdim. Onlar da tərəddüdsüz qəbul etmişdilər. Etiketləri mən yazırdım. Sürətli yazdığım üçün “Portağallı Böyürtkənli Marmelad” yazmaq əvəzinə “Portağallı Böyürtkənli Mamelat” yazmaqla bir səhv etmşdim. Şirkət bizdən niyə belə yazıldığını soruşanda isə vəziyyətdən çıxmaq üçün ani bir qərarla “Biz Maien bölgəsindənik, biz bunu mamelad kimi tələffüz edirik” dedim. Nəticədə onlar bu tələffüzü çox bəyəndi və etiketlər dəyişmədi.

PAYLAŞ