Əsas səhifə Biznes ideyası Səhmlərlə necə qazanmaq olar?

Səhmlərlə necə qazanmaq olar?

276
PAYLAŞ

Səhm – sahibinə hər hansı bir müəssisənin aktivlərində müəyyən bir paya sahiblik və payına uyğun olaraq müəssisınin gəlirinin bir hissəsini dividend şəklində əldə etmək hüququ verən qiymətli kağızdı. Səhmlər həm kütləvi həm də qapalı şəkildə satışa çıxarılır. Kütləvi şəkildə satılan səhmləri fond birjasından almaq mümkündür. Azərbaycanda səhm bazarı sovet dövründən qalan zavodlar və firmaların 90-cı illərdə dövlət tərəfindən səhmdar cəmiyyətlərə çevrilərək özəlləşdirmə çeklərinin satılması ilə başlayıb. Həmin özəlləşdirmə çekləri ilə insanlar müxtəlif səhmdar cəmiyyətlərin səhmlərini əldə etmişdilər. Özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərlə yanaşı Azərbaycanda 90-cı illərdən bu günə kimi səhmdar cəmiyyəti formasında yaradılan şirkətlərin sayı da çoxdur. Azərbaycanda təxminən 1700-ə yaxın səhmdar cəmiyyəti formasında şirkət mövcuddur.  

Səhmlərə investisiya etdikdə investor (səhmi alan şəxs) həmin müəssisənin səhmdarı olur və ilin sonuna şirkət mənfəət əldə edirsə onun bir hissəsi dividend şəklində ödənilir. Həmçinin səhmdar müəssisənin idarə olunmasında da iştirak edir. Yəni, səhmdar cəmiyyət ildə ən azı 1 dəfə səhmdarların ümumi yığıncağını keçirməyə borcludur və bu yığıncaq zamanı səhmdar qərarların qəbulunda səs sahibidir. Müəssisə ləğv olunduqda isə səhmdar həmin müəssisənin aktivlərinin sahib olduğu hissəsi qədər pay alır. Bu aktiv torpaq sahəsi, hər hansı bir əmlak və s. ola bilər. Ümumiyyətlə səhm yuxarı riskli qiymətli kağız olsa da, uzunmüddətlidir və yuxarı riskli olduğuna görə daha çox gəlir əldə etmək imkanı deməkdir.

fins

PAYLAŞ