Əsas səhifə Biznes Səfir: Bir zamanlar iş adamlarının sərmayə qoymaqdan ehtiyat etdikləri layihələr indi fayda...

Səfir: Bir zamanlar iş adamlarının sərmayə qoymaqdan ehtiyat etdikləri layihələr indi fayda gətirir

196
Paylaş

“Bir zamanlar iş adamları Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP kəmərlərinin inşasına, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə sərmayə qoymağa ehtiyat edirdilər. Amma artıq neçə ildir ki, bu layihələr bizə fayda gətirir və gətirməkdə də davam edir. Bu layihələr bizim iqtisadi inkişafımıza, dostluğumuzun möhkəmlənməsinə, xalqlarımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Tbilisi şöbəsinin açılışındakı çıxışı zamanı söyləyib.

Səfir bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan iş adamları bu layihələrin daha da genişlənməsinə sərmayə qoymaqdan çəkinməməlidirlər.

Paylaş