Əsas səhifə Biznes Milyarder Rusiyanın dördüncü milyarderi azərbaycanlıdır

Rusiyanın dördüncü milyarderi azərbaycanlıdır

257
Paylaş

“Forbes” jurnalı 2018-ci il üçün rusiyalı milyarderlərin reytinqini dərc edib. Siyahıya ümumi kapitalları 410,8 milyard dollar həcmində qiymətləndirilən 102 rusiyalı biznesmen daxil olub.

FED.az Interfax agentliyinə istinadən xəbər verir ki, jurnalın versiyasına görə, bu il Rusiyanın ən varlı şəxsləri siyahısında birinci yeri “Novolipetsk Metallurgiya Kombinatı”nın direktorlar şurasının sədri və sahibi Vladimir Lisin tutur. O, varidatını 3 milyard dollar artıraraq 19,1 milyard dollara çatdırıb. Lisin 2011-ci ildə də siyahıya başçılıq edib.

Siyahıda birinci yeri tərk edən “Novateka” kompaniyasının rəhbəri Leonid Mixelson 18 milyard dollarla üçüncü yerə enib. O, il ərzində 0,4 milyard dollar itirib.

“Severstal” poladəritmə kompaniyasının əsas zərfinin sahibi Aleksey Mordaşov var-dövlətini 17,5 milyard dollardan 18,7 milyard dollaradək artıraraq reytinq cədvəlindəki ikinci yerini qoruyub.

Siyahıda dördüncü yerdə “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov gəlir. Onun varidatı 16,4 milyard dollar həcmində qiymətləndirilir (1,9 milyard dollar artım). İlk beşliyi isə “Volga Group” və “Volqa Qrup” MMC-nin sahibi Gennadi Timşenko tamamlayır – 16 milyard dollar.

Paylaş