Əsas səhifə Biznes Milyarder Çilingər kimi işə başlayan milyarder Rusiyanın ən varlı şəxsi oldu

Çilingər kimi işə başlayan milyarder Rusiyanın ən varlı şəxsi oldu

Rusiyanın ən varlı şəxsinin adı dəyişdi.

194
Paylaş

Sibrdə 1970-ci ildə zavodda elektrik-çilingər kimi başlayan Vladimir Lizin Rusiyanın ən varlı şəxsi olub.

Bu barədə “Bizplus” biznes saytı Bloombergin Milyarderlər indeksində yer alan məlumata istinadən bildirir.

Metal maqnatına məxsus “Novolipetsk Steel PJSC”nin səhmlərinin 3,5 faiz artması ilə bu həftənin bazar ertəsi əsas rəqibi olan sənaye sahəsində olan Aleksey Mordoşovu geridə qoyub. Belə ki, metallurguya sahəsinə nəzarət edən V. Liznin sərvətinin ümümi dəyəri il ərzində $2.17 mlrd artmaqla $20.19 mlrd.-a çatdırıb. Bununla Lizin, dünya üzrə 45-ci, Rusiya üzrə isə ilk sırada yer alıb.

62 yaşlı rusiyalı milyarder həmçinin Rusiyada dəmir yolu vasitəsi ilə yükdaşımalar, turizm və dənişçilik kimi sahələrinə nəzarət edir. Yuxarıda qeyd etdiyimiz əsas şirkəti olan “Novolipetsk Steel”in səhmləri il ərzində 18 faiz bahalaşıb.

Paylaş