Əsas səhifə Texnologiya Rusiyada “Like”larla ödəniş etmək olacaq

Rusiyada “Like”larla ödəniş etmək olacaq

107
PAYLAŞ

Rusiyanın Arxangelsk şəhərində sahibkar Vladimir Qladkix “like” ilə ödəniş etməyə imkan verən “FunPay.money” online xidmətini istifadəyə verib.

Bizplus.az-ın “Vedomosti”yə istinadən verdiyi məlumata görə, müştəri bu xidmətdə qeydiyyatdan keçməli və endirim almaq istədiyi məkanın heşteqi ilə status yazmalıdır. Bu statusa gələn hər like üçün istifadəçinin şəxsi kabinetində ona bonus yazılır.

V. Qladkix deyib ki, mağazalar və restoranlar bonusun həcmini özləri müəyyən edir. “FunPay” xidməti “VKontakte”, “Facebook”, “Twitter” və “Instagram”dakı “like”ları nəzərə alır. Ştrixkod və ya promokodu kassada təqdim etməklə bonuslar vasitəsilə ödəniş etmək mümkündür.

Layihəyə Arxangelsk, Kalininqrad, Vladivostok, Soçi, Tümen, Novosibirsk, Yekaterinburq, Perm, Kirov və Nijniy Novqorod şəhərlərindəki restoran və mağazalar qoşulub. Yaxın vaxtlarda “FunPay” Moskva və Sank-Peterburqda öz ofislərini açaraq federal səviyyədə tərəfdaş tapmaq niyyətindədir.

PAYLAŞ