Əsas səhifə Biznes Rusiya şirkətləri Azərbaycana 3 milyard 700 milyon dollar həcmində investisiya yatırıb

Rusiya şirkətləri Azərbaycana 3 milyard 700 milyon dollar həcmində investisiya yatırıb

348
Paylaş

Rusiya şirkətləri Azərbaycana 3 milyard 700 milyon dollar həcmində investisiya yatırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər iki ölkə arasında ticarət dövriyyəsi, investisiya həcmləri ildən-ilə artır. Azərbaycan şirkətləri Rusiyaya 1 milyard dollardan çox investisiya yatırıb. 700-ə yaxın Rusiya qeydiyyatında olan şirkət Azərbaycanda uğurla fəaliyyət göstərir.

Nazir qeyd edib ki, Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiya Federasiyasına təyin olunub, Azərbaycan şirkətləri Rusiyada keçirilən sərgilərdə uğurla təmsil olunur, Azərbaycan məhsulları Rusiya telekanallarında reklam edilir, şirkətlərimiz iqtisadi forumlarda iştirak edir. Bu isə qarşılıqlı əlaqələrin daim inkişafda olduğunun göstəricisidir.

Paylaş