Əsas səhifə Texnologiya Robotlar bazarı 2021-ci ildə 230 milyard dollara çatacaq

Robotlar bazarı 2021-ci ildə 230 milyard dollara çatacaq

159
PAYLAŞ

2022-ci ildə robot bazarının 237 milyard dollara çatacağını düşünən “Tractica” şirkətinin ardınca İDC şirkəti də bu sahədə öz proqnozlarını açıqlayıb.

Məlumata görə, İDC mütəxəssislərinin fikrincə, cari ildə uçan pilotsuz aparatlar, həmçinin müvafiq aparat təminatı, proqram təminatı və xidmətlər də daxil olmaqla, robot satışları 97,2 milyard dollara çatacaq. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 17,9 faiz çoxdur.

İDC şirkətində gözləyirlər ki, yaxın illərdə robot bazarı daha tez böyüyəcək. Daha dəqiq desək, gözlənilir ki, 2021-ci ildə orta illik artım 22,8 faiz təşkil edəcək. Əgər bu proqnoz özünü doğrultsa, qeyd edilən müddətin sonuna bu bazar pul nisbətində 230,7 milyard dollara çatacaq.

©lent.az

PAYLAŞ