Robot və dron satınalmasına 103 milyard xərclənəcək

0
819

IDC analitiklərinin proqnozuna görə, 2018-ci ildə robot texnikası və pilotsuz uçan aparatlara qlobal xərclər 103 milyard dolları ötəcək ki, bu da 2017-ci illə müqayisədə 22,1% yüksəkdir.

Ekspertlərin gözləntilərinə görə, 2021-ci ilə bu sahə üzrə xərclər 2  dəfə artaraq 218,4 milyard dollara yaxınlaşacaq.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, 2018-ci ildə robotlara xərclər 94 milyard dollar təşkil edəcək.

Bu halda robot texnikası üzrə qlobal xərclərin 70%-dən çox hissəsi sənaye robotlarının payına düşəcək. Həmçinin xidmət göstərən robotlara və istehlak modellərinə yüksək tələbat olacaq.

IDC-nin proqnozuna görə, 2018-ci ildə dünyada pilotsuz uçan aparatların satınalmasına 9 milyard dollar xərclənəcək.

Analitiklərin fikrincə, dronlara xərclərin 50%-dən çoxu korporativ istifadə üçün nəzərdə tutulmuş modellərin payına düşəcək.