“Risk olmadan uğur əldə etmək imkansızdır”

1
1271
muhtar kent

“Coca-Cola Company”- nin türk əsilli baş direktoru Muxtar Kentin bioqrafiyası və həyatından bəzi detalları Sizlərə təqdim edirik.

Muxtar Kent 1953-cü ildə Nyu-York şəhərində doğulub. Atası Necdet Kent dövrün Türkiyə Cümhuriyyətinin baş konsulu olub. Tarsus Amerikan Kollecinin məzunudur.

M.Kent İngiltərənin “Hull Universitet”inin iqtisadiyyat fakültəsinin məzunu olub. “London City Universitet”ində isə biznes idarəçiliyi ixtisası üzrə magistr təhsili alıb.

20 il “Coca-Cola”, 7 il isə “Anadolu Grup”da işləyib. İş həyatındakı ilk vəzifəsi 1978-ci ildə Atlantadakı “Coca-Coca International”da marketinq üzrə mütəxəssis olub

ABŞ, İtaliya, Hollandiyada müxtəlif vəzifələr üzrə təyinat alıb. “Coca-Cola International”ın Türkiyə üzrə müdiri vəzifəsinə isə 1985-ci ildə gəlib.

1989-cu ildə şirkətin Türkiyə və Orta Asiya regionu üzrə regional vəzifəyə layiq görülüb. 1991-ci ildə “Coca-Cola International”ın Orta və Şərqi Avropa regionu üzrə başçısı və “Coca-Cola International”ın birinci vitse-prezidenti olaraq Vyanaya təyinat alıb.

26 Fabrik yaradıb

1995-1997-ci illər arasında “Coca-Cola”nın şüşələnmə qrupu olan “Coca Cola Amatil Holding” Avropa regionu üzrə başçılığı dövründə 1 milyard dollarlıq Orta və Şərqi Avropa üzrə investisiyalar edib. Nəticədə, 23 ölkədə 26 yeni fabrikin qurulmasının əsasını qoyub.

Daha sonra “Anadolu Grub”una qatılan Kent, 1999-cu ildə “Efes İçki Qrup”unun icra direktorluğuna gətirilir. “Efes İçki Grup”unun yeni bazarlara yayılması və London Birjasında xalqa açılaraq 2,5 dəfə dəyər qazanması ilə irəliyə aparan Kent, eyni dövrdə “Coca-Cola” İçki şirkətinin də idarə heyətinin üzvi olaraq qalırdı.

2005-ci ildə geri qayıdır

muhtar kent

Kent, 2005-ci ildə “Efes” iççi qrupunun İcra Direktorluğu vəzifəsini atır. 7 il fasilədə sonra “Coca-Cola Company”ə geri dönür. “Coca-Cola”nın yeni yaradılan Şimal Asiya, Avrasiya, Yaxın Şərq Qrupunun (100 ölkə) rəhbərliyinə gətirilən Kent, Hong-Konqdan demək olar ki, dünyanın yarısını idarə edirdi.

2007-ci ildə onun haqqında yayımlanan xəbərlərin birində deyilirdi:

“Beynəlxalq içki nəhəngi “The Coca-Cola Company”, şirkətin ən yüksək mövqeyinə Türk başçını gətirdi. Bazar dəyəri 140 milyard dollardan çox olan, 65 milyad dollarlıq marka dəyəri ilə dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan “The Coca-Cola Company”nin başçılığına Muxtar Kent gətirildi.

Beləliklə, 27 milyard dollarlıq kapitalı, 70 mindən çox işçisi olan içki nəhəngi “Coca-Cola”, Türk professionalın idarə etdiyi beynəlxalq şirkət oldu. “The Coca-Cola Company”, 1 iyul 2008-ci ildən etibarən “Coca-Cola”nın baş direktorluğuna bu gün şirkətin ən yüksək mövqeyində olan M.Kent layiq görülüb. “Coca-Cola”nın indiki baş direktoru isə Neville Isdell isə 2009-cu ilin aprel ayına qədər şirkətin İdarə Heyəti toplantısını davam etdirəcək.

2013-cü ildə yayımlanan başqa bir xəbər də isə yazılırdı:

muhtar kentmuhtar kent

“Coca-Cola”nın top meneceri Kent, “Böyümək elə bir hissdir ki, yüksəldikdə hava azalır, çətinləşir. Bir idarəçinin, onun özünü idarə edən şəxslərin, hər kəsin bir yerdə məsuliyyəti, uğuru təkrarlamaq üçün bütün şərtləri yerinə yetirməkdir”, – deyib.

“Uludağ İqtiadiyyat Zirvəsi” çərçivəsində təşkil edilən paneldə spiker olan Muxtar Kent “Mənim Hekayəm” adlı çıxışında belə demişdi, “Karyerama maşınlara yük yükləyərək başaldım”

“İlk 10 ayımı yük maşınlarında keçirdim. Sabah saat 4-də qalxırdım, yük maşınlarına məshulu yükləyirdim, yük maşınlarından “Coca-Cola”nı market və böyük satış nöqtələrinə satırdım. Karyerama belə başladım.

Bir qəzet elanında tapmışdım bu işi. Amerikaya 1978-ci ilin sonunda getdim, cibimdə təkcə diplomum var idi. İngiltərə Universitetindən, bir də Amerikada doğulduğuma dair sertifikat. 2-3 ay sonra elan gördüm və iş həyatıma başladım. Mənim üçün çox önəmli idi o 9 ay. Çünki heç bir zaman unutmadım o doqquz ayı.

“Markanın “söz” olduğunu, yaxşı bir markanın vəd verilmiş “söz” olduğunu öyrəndim”

muhtar kent

Yük maşınları ilə bazarı və satış nöqtələrini gəzməkdən hələ də zövq aldığını və hər həftə bunu etdiyini deyən Kent bunları deyib:

“12 aylıq dövrdən sonra reklam müdiri olaraq Romaya təyinat aldım. Orada markanın ilk dəfə “söz” olduğunu, yaxşı bi markanın isə tutulmuş bir “söz” olduğunu öyrəndim. Orada təxminən 2 il keçirdim və 1981-ci ildə Hollandiyada yeni bir iş qurmaq üçün təyinat aldım. O dövrlər, Türkiyənin “Coca-Cola”da, çox kiçik yeri var idi, ölkələr içində ilk 50-ə belə girmirdi. Demək olar ki, şirkətin içində türk də yox idi”.

Çətin əməklərimizin nəticəsində, 1985-1986-cı illərdə vəziyyət dəyişdi. 4 ildə Türkiyədəki bazar təxminən 450 milyon şüşədən, 1 milyard şüşə “Coca-Cola” istehsal edən bir hala gəldi.

“Risk olmadan uğur əldə etmək imkansızdır”

muhtar kent

“Vyanaya 1989-u ildə Şərqi Avropadan məsul olaraq vəzifəyə təyinat alan Kent bunları deyib:

“30 ayda 22 fabrik qurduq. Orada çevik hərəkət etməyin, risk almağın, risk olmayan yerdə uğurun olmadığını, inandığda qərarlı olmadan və çox mədəniyyətli olmanın sintezindən çıxan bir qərarın hər zaman daha doğru olduğunu öyrəndim.

Daha sonra 2005-ci ildə “Coca-Cola”ya təkrar döndüm. Asiya bazarları üzrə məsul oldum. Orada dünyadakı tarazlığın dəyişdiyini gördüm. Artıq Asiyanın dünyada daha çox söz sahibi olacağını anladım. 2008-ci ildə ümumi mərkəzə geri qayıtdım, baş direktor olaraq təyinat aldım. Bir zamanda hər şey bu qədər bəsit olmadı. Heç bir zaman karyera cizgisinin həmişə yuxarıda olmadığını gördüm”.

“Mənim üçün o illər karyeramda dönüş nöqtəsi oldu. 1997-ci ildə Türkiyəyə geri döndüm. “Efes İşki Grup”unun baş direktoru oldum. Təxminən orada 6 il çalışdım. Bir türk şirkətinin xaricə çıxış etməsinin içində olmaq mənim üçün maraqlı və cəlbedici zaman idi. Yerli bazardan beynəlxalq bazara çıxmaq üçün nələr lazımdır onları və baxış bucağının önəmini anladım. Adriyatikdən Çinə bir vizyon qurduq”.

Mənbə: facemark.az

1 COMMENT