Quru balıqdan başlayan biznes – Samsung

0
682
Samsung
Samsung

“Samsung” (Koreyaca: 삼성그룹, “Samseong Geurup”) 1938-ci ildə Lee Byung-Chul tərəfindən əsası qoyulan, Cənubi Koreyanın ən böyük şirkətlərindən biridir.

İdarə heyətinin sədri Lee Kun-Hee’dir. “Samsung” müxtəlif şirkətlərdən ibarətdir, amma bunlardan ən önəmlisi isə sözsüz ki, “Samsung Elektronik”dir.

Şirkət ilk olaraq yaxın ölkələrə qurudulmuş balıq, tərəvəz və meyvə satmaq məqsədiylə qurulub. Daha sonrakı illərdə un dəyirmanları və şəkər maşını da işlətməyə başlayan firma, istehsal sahələrini genişləndirib və 70-ci illərə doğru ağır sənaye sahəsinə investisiya yatırmağa başlayıb.

“Samsung”un marketinq startegiyası

“Samsung”un çox model strategiyası marketinq xərclərini artırıb. Bununla yanaşı, “Samsung” məhsul qrupunun çeşidini həmişə daha çox olmasının tərəfdarıdır. Nəticədə isə, uzun perspektivdə məhsul çeşidlərinin bazardakı digər markalar arasında yaddaqalması çətinləşir. Bu da marka üçün əlavə risk yaradır.

 

Düzdür, “Samsung” bazara çox çeşiddə məhsul istehsal edir. Amma xüsusilə, markanın bazara təqdim etdiyi “ağıllı” telefonların funksiyaları bir-birindən çox az fərqlənir. Satıcılar isə həmin markaların bir-birindən üstün və fərqli cəhətlərini istehlakçıya izah etməkdə çətinlik çəkirlər. Müştərilər isə qısa zamanda alış qərarı verə bilmirlər, bu isə onlar üçün zehinsəl olaraq yorucu iş halına gəlir.

Müştərilər tələb edirlər ki, öz ehtiyaclarına uyğun telefonlar istehsal edilsin. Amma onlar həmin məhsulların kiçik müştəri seqmenti üçün əlçatan olmasının da tərəfdarı deyillər.

İstifadəçilər lazım olan qədər böyük bir kütləylə eyni telefona sahib olaraq o cihaz çevrəsində bir bərəbərlik yaratmağı və bu bərabərlik içərisində təcrübələrini paylaşmağı, problemləri bərabər həll etməyi və cihazlarını istifadə etmənin fərqli üsullarını bərabər araşdırmağı üstün tuturlar.

Məsələn, “Nokia” və “Blackberry” kimi markalar məhdud sayda, aradakı fərqləri çox kəskin olan modellərdən ibarət məhsul çeşidi istehsal edirlər. Adıçəkilən markalar məhz qeyd etdiyimiz strategiya üzrə bazarda öz yerlərini tutublar.

“Apple” və “Samsung”un timsalında “ağıllı” telefonlar arasındakı fərqlər kiçilir və texnologiyalar bir-birinə daha da yaxınlaşır. Nəticədə, bazara çıxarılan hər yeni məhsul “Samsung” və “Apple”in strategiyası üzrə gedir.

facemark.az