Əsas səhifə Satınalma Qlobal qida şirkətlərindən biri Türkiyə şirkətinin yarısını aldı

Qlobal qida şirkətlərindən biri Türkiyə şirkətinin yarısını aldı

175
PAYLAŞ

Yaponiyada 1909-ci ildə yaradılan və bu gün dünyanın ən böyük qida şirkətləri arasında yer alan “Ajinomoto”, Türkiyənin “Kükre Gıda” şirkətinin 50%-ni 181 milyon türk lirəsinə (90 milyon manat) alıb.

“Kükre Gıda” şirkəti “Kemal Kükrer” markası ilə sirkə, nar turşu kimi maye sousları istehsal edir.

“Ajinomoto” Türkiyədə sərmayəsini artırmaq niyyətindədir. Şirkət bu ölkəni regionda istehsal mərkəzi olaraq seçib.

“Kükre Gıda”nın artıq dünyanın ən böyük qida istehsalçılarından birinin tərkibində yer alması daha çox satış etməyə imkan verəcək.


©marja

PAYLAŞ