Qazax və Şəkidə gənclər üçün biznes təlimlər keçirilib

Date:

Paylaş:

Ötən gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar, bu gün isə Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı Peşə Məktəbində gənclər üçün treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyindən “Report”a daxil olan məlumata görə, “Marketinq”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”, “Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması”, “Öz biznesinə başla” mövzularını əhatə edən treninqlərdə marketinq, bazar araşdırmalarının aparılması, biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes plan, prioritet biznes istiqamətləri, investisiya təşviqi sənədini alan sahibkarlara texnikanın idxalı üçün təsdiqedici sənədin verilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlərdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə də məlumatlandırılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...