Əsas səhifə Motivasiya Qazandığı milyonları təhsilə yatıran Harris Rosenin hekayəsi

Qazandığı milyonları təhsilə yatıran Harris Rosenin hekayəsi

495
PAYLAŞ

Harris Rosen adındakı milyonçu Walt Disneydəki işindən ayrıldıqdan sonra özünü böyüdüyü mühitə həsr etdi və inkişaf etdirdiyi proqram sayəsində cinayət nisbətini yarı yarıya azaldıb, savadlılıq nisbətini ciddi şəkildə artırdı.

Qlobal bir şirkətdə məsuliyyət daşımaqdan bezdikdən sonra işindən ayrılan Harris Rosen yığdığı 20 min dolları Orlandodakı İnternation Drive adlı otelə yatırdı və bütün hekayəsi buradan başladı…

Harris Rosen işindən ayrıldıqdan sonra qazancını böyüdüyü bölgəyə investisiya etdi.

Böyüdüyü şəhərdəki məktəb müdiri ilə yemək yeyərkən ona bölgədə yeni bir məktəb tikdirmək istədiyini izah etdikdən sonra özündən məlumat aldı və beş il sonra sözünü tutaraq 20 hektarlıq bir əraziyə 10 milyon dollar sərmayə qoyaraq yeni məktəbi inşa etdi. Məktəb müdirinə isə yeni tikdirilən məktəbdə mütləq yığıncaq otaqları, park və beynəlxalq konqres mərkəzi kimi fərqli strukturların olması lazım olduğunu söyləyərək gələcəkdə edəcəkləri barədə məlumat vermişdi.

Şagirdləri peşə sahibi etdi

Təhsil sayəsində həyatında radikal bir çevrilmə yaşayan Rosen, Tangelo Park adında bir yerə investisiya etməyə qərar verdi. Əhalisinin 90 faizi Afro Amerikan olduğu bölgədə əksəriyyət aclıq içində yaşayan zaman bunu dəyişdirmək üçün ciddi addımlar atdı. İş yerləri yaratdı. Bununla yanaşı məktəbə qədərki uşaqların təhsil ala bilməsi üçün uşaq bağçası layihələrini həyata keçirdi.

Tangelo Park Proqramını 1993-cü ildə həyata keçirən Rosen bölgədəki 2-4 yaş arası bütün uşaqlara pulsuz bağça təhsili təmin etdi. Gedərək böyüyən proqramın 9 milyon dollarlıq xərci sayəsində 2500-ə qədər insana kömək edilmiş oldu.

PAYLAŞ