Əsas səhifə Biznes Qalmaqal yaradan reklamı səbəbindən səhmləri ucuzlaşdı!

Qalmaqal yaradan reklamı səbəbindən səhmləri ucuzlaşdı!

493
PAYLAŞ

Reklam qalmaqalından sonra “Ülker” şirkətilər qrupuna daxil olan “Ülker Bisküvi”, “Gözde Girişim” və “Bizim Toptan” şirkətlərinin səhmləri ucuzlaşıb. “Marja” Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətin səhmləri yeni həftənin ilk əməliyyatında ən çox düşən səhmlər olub.

“Gözde Girişim”in səhmləri 6,19 faiz, “Ülker Bisküvi”nin 4,28 faiz, “Bizim Topdan”ın səhmləri isə 3,18%-ə qədər düşüb.

“Ülker”in 1 Aprel Gülüş günü yayımladığı reklam filimi “siyasi mesajlar” verdiyi üçün qalmaqala səbəb olmuşdur.  İstanbul Cümhuriyyət Baş Prokurorluğu şirkət barəsində istintaq başladığını açıqlamışdır.

PAYLAŞ