Əsas səhifə Biznes sahələri Konfrans və sərgi Qadın sahibkarlar üçün «Rəqəmsal marketinq» mövzusunda seminar keçiriləcək

Qadın sahibkarlar üçün «Rəqəmsal marketinq» mövzusunda seminar keçiriləcək

249
Paylaş

Aprelin 17-18-də və mayın 22-23-də Bakıda «Rəqəmsal marketinq» mövzusunda dördgünlük təlim-seminar keçiriləcək.

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına istinadla xəbər verir ki, seminar marketinq anlayışı, onlayn bazarda uğurlu rəqabət, marketinqin müştərilərə onlayn çatdırılmasının yollarını əhatə edəcək. Seminar qadın sahibkarlar üçün nəzərdə tutulub.

Tədbirdə “Onlayn marketinq konsepsiyası, onun müxtəlif aspektləri və mövcud onlayn marketinq alətləri”, “Sosial media nədir və sizin biznesiniz üçün faydası nə ola bilər?”, “Müxtəlif biznes növləri üçün ən uyğun sosial media həlləri”, “Müxtəlif veb-sayt texnologiyalarının variantları, üstünlükləri və çatışmazlıqları”, “Veb-saytınızı necə tanıtmaq olar?”, “Biznesiniz üçün onlayn marketinq planı və ya onlayn marketinq strategiyası hazırlayın” mövzularında müzakirələr aparılacaq.

Paylaş