Qaçaqmalçılardan 3 milyard dollarlıq bitcoin götürüldü

0
656

Bolqarıstan hüquq-mühafizə orqanları qaçaqmalçı şəbəkəni ifşa edərək cinayətkarlardan 3 milyard dollar dəyərində 200 min bitkoin müsadirə edib.

lent.az-ın “Coindesk” saytına istinadən verdiyi xəbərə görə, dəstə üzvləri kompüter virusu ilə sərhədçilərin kompüterlərini yoluxduraraq ölkəyə rüsum ödəmədən mal keçirirmiş. Bu yolla onlar milyonlarla dollar qazanıblar.

Hüquq-mühafizə orqanları ümumilikdə 23 nəfəri həbs edib. Onlarda müxtəlif avadanlıqlar, cihazlar və bank sənədləri aşkarlanaraq götürülüb. Müsadirə olunanlar arasında 200 min bitkoin də var.