Əsas səhifə Texnologiya Proqramlaşdırma öyrənmək üçün ən yaxşı 5 mobil tətbiq

Proqramlaşdırma öyrənmək üçün ən yaxşı 5 mobil tətbiq

1262
PAYLAŞ

Proqramlaşdırma öyrənmək üçün bəziləri kurslara gedir, bəziləri isə youtubeda videoları izləyir. Ancaq hər insanın kurslara getmək üçün maddi imkanı və ya vaxtı olmadığından mobil tətbiqlər köməyə çata bilər. Artıq mobil tətbiqlər vasitəsilə hər bir insan kodlaşdırmanı rahat şəkildə öyrənə bilər. Gündəlik həyatımızın önəmli hissələrindən birinə çevrilən mobil tətbiqlər HTML, CSS, Javascript, Python və Java kimi dilləri öyrənmək üçün ən yaxşı vasitələrdən sayılır.Kod yazmağı öyrənmək üçün ən yaxşı 5 mobil tətbiqi sizə təqdim edirik:

Encode: Learn to Code

Kod öyrənməyə yeni başlayanlar üçün siyahıdakı ən yaxşı alternativlərdən biri olan Encode qısa dərslər sayəsində proqramlaşdırma öyrənməyə yardımçı olur. Bu tətbiqin rəqiblərindən üstün cəhəti internetə qoşulmadan proqramdan istifadə etməyin mümkün olmasıdır. Encode tətbiqini Android üçün buradan, iOS üçün isə buradan yükləyə bilərsiniz.

 

Lightbot : Code Hour

Xüsusilə uşaqlar üçün ən uğurlu kodlaşdırma tətbiqlərindən biri olan Lightbot : Code Hour oyunlar vasitəsilə öyrədir. İçindəki tapmaca oyunları vasitəsilə proqramlaşdırmanı əyləncəli şəkilə gətirən Lightbot pulsuz versiyasında 28, ödənişli versiyasında isə 50 oyun ilə istifadəçilərə proqramlaşdırma öyrənməkdə böyük köməklik göstərir. Lightbot : Code Hour tətbiqini Android üçün buradan, iOS üçün isə buradan yükləmək mümkündür.

 

 Udacity – Learn Programming

Siyahıdakı ən əhatəli kod öyrənmə tətbiqi olan Udacity – Learn Programming, təxmini olaraq 3 milyonluq geniş bir kütlə tərəfindən istifadə edilir. HTML, CSS, Javascript, Python və Java kimi öndəmli proqramlaşdırma dillərini öyrənməyinizə  köməklik göstərən Udacity tətbiqini Android üçün buradan, iOS üçün isə buradan yükləmək mümkündür.

Khan Academy

Bu mobil tətbiq hamımızın rahatlıqla başa düşəcəyimiz türk dilini də dəstəkləyir.Video dərslər sayəsində kod yazmağı öyrədən Khan Academy yalnız kodlaşdırma deyil eyni zamanda riyaziyyat, fizika, kimya kimi fənnləri də öyrənməyinizə köməklik göstərəcək. Khan Academy tətbiqini Android üçün buradan, iOS üçün isə buradan yükləmək olar.

Udemy

Khan Academy kimi bir çox fərqli sahədə videolu dərslərə sahib olan Udemy 13 milyon insan tərəfindən istifadə edilir. Khan Academydən fərqli olaraq dərsləri daha dərindən izah edən tətbiq Java, Swift, Python, Ruby on rails və Javascript kimi proqramlaşdırma dillərinə aid dərslərə sahibdir. Udemy tətbiqini Android üçün buradan, iOS üçün isə buradan yükləyə bilərsiniz.

PAYLAŞ