Pol Makkartni: ” Öz mahnılarıma görə $50 mln ödəməyə hazır deyildim”

Date:

Paylaş:

Forbes jurnalının 100 illiyi münasibəti ilə musiqiçi və The Beatles qrupunun yaradıcılarındna biri Pol Makkartni müəllif hüquqları ilə bağlı esse yazıb.

Bir dəfə 80-ci illərin ortalarında Maykl Cekson, öz gələcək karyerası ilə bağlı məsləhət istədi, yəni “karyeranı necə daha yaxşı etmək olar?” deyə soruşdu. Mən cavab verdim: «İlk növbədə özünə professional menecer tap.  Sən indi dalğanın üzərindəsən, tezliklə sənin çoxlu pulun olacaq və onları idarə edə bilən biri lazımdır.  İkincisi, keyfiyyətli vidoekliplər haqqında düşün».  Sonda isə mən əlavə etdim: « Və ən nəhayət, – öz mahnılarını qoru, onları özün bəstələ və müəllif hüquqlarının sənə məxsus olduğunu təsdiqlətdir»..

Üstündən bir müddət keçdikdən sonra Maykl, yeri gəlmişlən, Thriller mahnısının klipini buraxdı, mən isə çox sevindim, axı o müəyyən dərəcədə bu məsləhətə əməl etdi.

Hər şey The Beatles qrupunun ilk günlərindən başladı, o zaman biz musiqimizin yayımı ilə bağlı müqavilə imzaladıq. Bizi heç bir şərtlər qayğılandırmırdı, başqa bütün müəlliflər kimi biz də istəyirdik ki, bizim musiqini eşitsinlər və dinləsinlər.  Müqavilənin şərtlərinə əsasən isə bizi qul yerinə  qoydular: bizim kompaniyaya nə qədər uğur qazandırmağımızın fərqi yox idi, bizim qonorarlar əvvəlki həcmdə qalırdı.

Jon lennonun ölümündən sonra, mən bizim mahnıların müəllif hüquqlarına malik olan ser Lyu Qreyde – Northern Songs musiqi şirkətinin sahibinə dedim: “Lyu, əgər birdən şirkəti satmaq istəsən, ilk olaraq mənə xəbər ver”. O cavab verdi: “Mən onu satmayacağam”. Mən yenə də təkid etdim: “Aydındır, amma yenə də satmağı düşünsən, əvvəlcə mənə de”. Bir müddət sonra o, mənim yanıma gəlib dedi ki, “Northern Songs”u 20 mln dollara satır. Qiymət mənə görə ədalətli idi.

Amma mən Jon Lennonun hüquqlarını  alacaq yeganə şəxs olmaq istəmirdim. Mən Yokoya (Jonun həyat yoldaşı) müraciət edib, ona dedim ki, nəhayət bizim Northern Songs şirkətini 20 mln dollara almaq şansımız var, yəni 10 mln dollar mən, 10 mln isə o qoya bilər. Cavabda isə o mənə dedi ki, biz hüquqları 4 mln dollara da ala bilərik. Mən isə buna çox şübhə edirdim. Sövdə baş tutmadı.

Nəhayət daha sonra Maykl  Cekson kompaniyanı avstraliyalı Robert Holms-a-Kartdan $47,5 mln dollara aldı.  Mən öz mahnılarıma görə o qədər pul ödəməyə hazır deyildim. Düşünəndə ki, mən onları elə belə yazmışdım, amma onları geriyə qaytarmaq üçün 50 mln dollar lazımdı, bu faktla barışmaq mümkün deyildi.

Çox vacibdir ki, ətrafında yaxşı insanlar olsun. Məhz bunun sayəsində mən müəyyən uğur əldə edə bildim. Mənim hüquqşünaslarım Con və  Li İstman – çox ağıllı və əla oğlanlardır, mən hər zaman onlara qulaq asıram. Sonrakı illərdə onlar mənə kömək etdilər ki, öz bəstələrimə dair müəllif hüquqlarımı bərpa edim. Belə ki, ABŞ-da onları geri almağa icazə verən qanunlar vardır. Həyat onu çəkişmələr ilə keçirdikdə çətin olur. Mən istəyirəm ki, həyatdakı ən başlıca qayğım həll yollarını axtarmaq deyil, öz musiqimi bəstələmək olsun.

banco

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...