“Petkim” STAR-da 18% pay sahibi olacaq

1
1049
petkim

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Petkim Petrokimya Holding” SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” dən “Rafineri Holding”in 30% hissəsini 720 mln. ABŞ dollarına satın almaqla bağlı saziş imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.

“Rafineri Holding” “STAR Rafineri A.Ş.”nin 100% səhmdarı olan “SOCAR Turkey Yatırım A.Ş”nin 59,99%-nə sahibdir”, – deyə məlumatda bildirilib.

“Petkim”lə “SOCAR Turkey Enerji” arasındakı sazişə əsasən, “Petkim” STAR-da bilavasitə 18% pay sahibi olacaq.

Müqaviləyə əsasən, “Rafineri Holding”in 30%-i 2019-cu ilin 31 martında təslim olunacaq.

“Petkim” “Rafineri Holding”in 30%-i üçün 720 mln. dolları 3 bərabər hissə şəklində ödəyəcək. İlkin ödənişin səhmlərin alınması haqqında saziş imzalandıqda, ikinci ödənişin “STAR” neft emalı zavodunun istimara verilməsi üçün sınaq işləri başlandıqda, son ödənişin isə səhmlərin təslim tarixində ödənilməsi nəzərdə tutulub.

1 COMMENT