Əsas səhifə Biznes ideyası Pet Bark-ın inanılmaz biznesi

Pet Bark-ın inanılmaz biznesi

339
PAYLAŞ

İrlandiyalı Pet Bark mütəmadi olaraq işlərlə əlaqədar ABŞ-a gedirdi. Onun Amerikada yaşayan qohumları tez-tez ondan bir ovuc İrlandiya torpağını gətirməsini xahiş edirdilər. Onlar bu torpağı Amerikada vəfat edən irlandiyalı qohumlarının külləri ilə birgə məzara qoyurdular. Bu xahişlər Peti İrlandiya torpağı ilə ticarət etmək üçün biznes yaratmağa ilhamlandırdı.

İlk olaraq irlandiyalının bu fikri gülüşlə qarşılandı. Lakin daha sonradan onun biznesi stabil gəlir gətirməyə başladıqda ona gülənlər susmağa məcbur oldular. İndi Bark-ın şirkəti hər il qiyməti 1 milyon dollardan yuxarı tonlarla İrlandiya torpağı satır!

Lakin biznesi qurmaq onun üçün elə də rahatlıqla baş verməmişdi. Belə ki, İrlandiya torpağının tərkibində olan mikroorqanizmlər ABŞ ekologiyasına zərər vura bilərdi. Bu səbəbdən də amerikalı məmurlar ölkəyə torpağın gətirilməsini qadağan etdi. Lakin bu Pet Barkı dayandırmadı. O torpağın tərkibindəki zərərli mikrobları təmizləyən bir üsul kəşf etdi və onu patentləşdirdi. Hazırda Pet tərəfindən təmizlənmiş və İrlandiyanın Kənd təsərrüfatı nazirliyi tərəfindən yoxlanılmış torpaq minlərlə ABŞ və Kanada ailəsinə daxil olur. Torpaq yalnızca dəfn mərasimlərində deyil, toylarda da istifadə olunurdu. Bu zaman torpaq yeni evlənənlərə xoşbəxtlik gətirməsi diləyi ilə onların üzərinə atılırdı

PAYLAŞ