Əsas səhifə Şirkətlər Özbəkistanda Azərbaycan kapitallı 84 şirkət fəaliyyət göstərir

Özbəkistanda Azərbaycan kapitallı 84 şirkət fəaliyyət göstərir

158
Paylaş

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Özbəkistanın Ticarət-Sənaye Palatası ilə əməkdaşlığa dair saziş imzalayıb.

“Report” özbək mətbuatına istinadən xəbər verir ki, sənədə ASK-nın prezident Məmməd Musayevin də iştirak etdiyi Azərbaycan-Özbəkistan biznes-forumu çərçivəsində imza atılıb.

Tədbirdə Azərbaycanı toxuculuq, neft-qaz, nəşriyyat, poliqrafiya, əczaçılıq, tibb məmulatları, tikinti, restoran, ticarət, qablaşdırma, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 20-dən artıq iri şirkət, eləcə də ölkənin tünü regionlarından iri müəssisələrin və şirkətlərin 50-dən artıq nümayəndəsi təmsil edib. Tərəflər iki ölkənin sahibkarları arasında əməkdaşlığın gücləndirilməsinə dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin dəyəri 31,2 mln. ABŞ dolları təşkil edib. Bunun 26,2 mln. dolları ixracın, 4,9 mln. dolları isə idxalın payına düşüb.

Hazırda Özbəkistanda 84 Azərbaycan kapitallı şirkət fəaliyyət göstərir. Bunlardan 71-i birgə müəssisədir. Həmin şirkətlərin fəaliyyəti əsasən ticarət, maşınqayırma, metal emalı, maliyyə və sığorta, daşınmaz əmlak, energetika, xidmət, zərgərlik məmulatlarının istehsalı və təmiri, qida, yüngül sənmaye sahələrini əhatə edir.

Bundan başqa, Özbəkistanın xarici ticarət nazirliyi yanında 1 Azərbaycan şirkətinin nümayəndəliyi akkreditasiyadan keçib.

Bakıda isə 2 özbək şirkəti fəaliyyət göstərir. Bunlar biri “Özbəkistan Hava Yolları” şirkətinin yerli nümayəndəliyi, digəri isə “Uzavtosanoat” şirkətinin diler mərkəzi – “Uzavto Baku”dur.

Paylaş