Oğlunu sağaltmaq istəyən ana təşəbbüskar oldu

3
1388
aslı elif tanuğur

Uşağının immun sistemini yüksəltmək üçün etdiyi elmi araşdırmalar Aslı Elif Tanuğuru təşəbbüskar etdi.

Aslı Elif Tanuğur, 5 yaşındakı uşağında şəfa axtararkən təşəbbüskar olmuş bir anadır…

Müqaviləli istehsalçılar vasitəsilə istehsal etdiyi Anadolu propolisini, xam balı və arı südünü  “Beeo” markası ilə satır. Türkiyədən ilk dəfə propolis ixracını edən Tanuğur, ABŞ başda olmaqla, Almaniya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Hollandiyaya məhsulunu satdı. Üstəlik bütün ABŞ-da onlayn şəkildə Amazon, Walmart, E-bay ilə şəxsi web saytı www.bee-and-you.com vasitəsilə ixracla məşğul oldu.

New York-da 120 mağazada satışlar həyata keçirildi,  Boston və San Fransiskoda pərakəndə satış yerləri var. 2017-ci ildə təşkil olunan Türkiyənin ixrac ulduzlarının gizli qəhrəmanları yarışmasında “elektron ixracat qəhrəmanı” olan Aslı Elif Tanuğur: SPS Bilimsel Bio Çözümler San ve TİC AŞ- qurmaq zamanlarını dedi.

Tanuğur, “2005-ci ildə dünyaya gələn uşağım 11 aylıq ikən qızdırması qalxmağa başladı. 5 yaşına qədər səbəbini tapa bilmədik. Mənim həm anam həm də atam həkimdir. Üstəlik anam uşaq həkimidir. Edilə biləcək bütün testləri edirdi. Qızdırma problemini anti-biyotiklə həll etməyə çalışarkən bu dəfə isə immun sistemi pis vəziyyətə düşdü. Həkimlər uşağı çölə çıxartmağı qadağan etdilər. Amma bu bir uşaq üçün çətindir. Təhsili, həyatı bir mənalı olaraq çətinliyə düşdü” deyir.

aslı elif tanuğur

Yüksək dərəcəli qida mühəndisi Tanuğur, xəstəliyinə çarə tapmadığı övladı üçün “Qidalanma və sağlamlıq” münasibətini araşdırdığını deyir və “Elmi nəşrləri axtarmağa başladım. Çoxlu sayda xarici məqalədə propolislə qarşılaşdım. Türkiyə, əsasən propolisi Argentina, Brazilya və Yeni Zellandiyadan idxal edirdi. O vaxtlar Türkiyənin ən böyük qablaşdırmalı bal istehsal edən firmasında işləyirdim. “Bu idxal edilən məhsulları analiz etdim” şəklində danışır.

İdxal edilən propolislərdəki qalıcı nisbəti yüksəkliyi səbəbilə qollarını çirmələyən Tanuğur bunları deyir: “Bir istehsalçı ilə razılaşdım və uşağım üçün propolis istehsal etdirdim. Anadoli propolisi, buradakı endemik bitkilər səbəbi ilə çox zəngindir. İstehsal edilən propolisi oğluma verməyə başladım. Qızdırması o gün bugündür yoxdur. İşlədiyim bal firması ticarətləşməsini təklif etdiyi məhsulu maliyyə problemləri ilə əlaqəli olaraq uyğun görmədi. Mən uşağımı yaxşılaşdıran bu məhsula güvəndim. İş yoldaşım və həyat yoldaşım kənd təsərüffatı mühəndisi Taylan Samancı və İTU Qida Mühəndisliyi professoru Dr. Dilek Boyacıoğlunu  yola gətirdim. Birlikdə “SPS Bilimsel Bio Çözümler” şirkətini qurduq.”

aslı elif tanuğur

Tanuğur markalarının İngiliscə arı olan “bee” və “bio” sözləri ilə Beeo olmasında qərar verdiklərini, beləliklə saf istehsal etdiklərinə də bir işarə etdiklərini deyir.

Tanuğur, Türkiyənin 7 milyon arı pətəyi ilə Çindən sonra dünyanın 2-ci bal istehsal mərkəzi olduğunu deyir. Tanuğurun verdiyi bilgilərə görə bu zənginliyə rəğmən propolis kimi dəyərli bir arı məhsulunun istehsalı, statistikaya girə bilməyəcək qədər azdır. Tanuğur, “Propolis qabının iç tərəfinin təmiz qalmasını təmin edirik, çöldən gələcək zərərli maddə və mikroorqanizmlərə qarşı qab bu şəkildə qorunur.

60 min qabdan ibarət müqaviləli istehsal

Tanuğur “Qabdan süfrəyə” fəlsəfəsi ilə istehsal etdikləri və 60 min qabdan ibarət müqaviləli istehsal ilə propolis təmin etdiklərini deyir və 2016-cı ildə Türkiyədən ilk dəfə propolis ixracını həyata keçirdiklərini məlumatını verir.

“ABŞ, Almaniya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Hollandiyaya ixrac edirik.  ABŞ-da şirkətimizin bir qolunu açdıq və New Yorkda özəl və təbii məhsullar satan mağazalara məhsulları təslim edirik həmçinin Boston, San Fransisko və Nyu Cersidə pərakəndə satış məntəqələrimiz var. ABŞ-ın hər yerinə onlayn olaraq satışlar edirik.

İlkin Mirzəzadə, bizplus.az

3 COMMENTS

  1. 540806 327632Hi there, just became aware of your weblog via Google, and located that its actually informative. Im gonna watch out for brussels. Ill be grateful in the event you continue this in future. Many folks is going to be benefited from your writing. Cheers! 130076