Əsas səhifə İş adamları Online geyim satışı ilə ildə 15 milyon dollar qazanır

Online geyim satışı ilə ildə 15 milyon dollar qazanır

1750

Michael Preysmanın yaratdığı online geyim saytı Everlane’ın olduqca sadə bir missiyası var. Kişi və qadınları üçün aşağı xərcli, lüks, keyfiyyətli geyim və aksesuarlarla təmin etmək. Sayt 3 il əvvəl xidmətə başlayanda hər şey bu qədər sadə deyildi. Saytın qurucusu və CEO-su Michael Preysman bir zamanlar New Yorkda investorluq edib. Preysman istehlakçıların hər məhsulun arxasındakı hekayəni bilmək haqqına sahib olduğu düşüncəsi ilə Everlane’ı yaradıb.

Everlane məşhur müştərilər tərəfindən seçilən pambıq köynək, yun şərf və dəri çantalar satır. Rəsmi veb saytlarında ABŞ, Avropa və Çində olan fabriklərdən fotoşəkillər və məhsulların istehsal prosesləri haqqında məlumatları izləyicilərlə paylaşırlar.

Preysmanın bildirdiyinə görə 2016-cı ildə qazancı 15 milyon dollar olub.

Paylaş