Onlar öz biznesini quran azərbaycanlı gənclərdir

Date:

Paylaş:

Azərbaycanda çox az-az sayda öz biznesini quran uğurlu gənc iş adamları var.  Gənc yaşlarında öz biznesini qurmuş iş adamlarını sizə təqdim edirik: 

Elvin Dadaşsoy

elvin dadaşoy

Elvin Dadaşsoy 1990-cı ildə Quba rayonunun Susay kəndində anadan olmuşdur. Kitabxanaçı ailəsində doğulduğu üçün uşaqlığında minlərlə kitab oxumuşdur.
2008-ci ildə 2-ci ixtisas qrupu üzrə tələbə qəbulu imtahanlarında 700 bal toplamışdır. Yüksək nəticəsinə görə dövlət tərəfindən evlə mükafatlandırılmışdır. Tələbə kimi iş fəaliyyətinə könüllülükdən başlamışdır. 2009-2010-cu illərdə könüllü olaraq ingilis dili müəllimi kimi dərslər demişdir. Daha sonra təhsil aldığı akademiyada tərcüməçi kimi çalışmışdır.
2010-2011-ci illərdə marketing meneceri kimi işə başlamış, top menecerə qədər uğurla irəliləmişdir. 4-cü kursda “Cazibə Qüvvəsi” fərdi inkişaf jurnalında redaktor müavini kimi çalışmışdır.
Hərbi xidmətdən sonra biznes fəaliyyətinə başlamış, bankdan aldığı kreditlə Best Friends Təhsil və Karyera Mərkəzini təsis etmişdir. 2014-cü ildə isə məktəbəqədər hazırlıq mərkəzi olan Panda School brendini yaratmışdır. Hal- hazırda Panda School-un Sumqayıtda, Bakı şəhərində, Masazırda, Qusarda və Yevlaxda 7 filialı vardır. Müəssisələrdə 100-dən çox azərbaycanlı çalışır.
2017-ci ilin iyulunda isə fərqli sahədə yatırım etmiş, “Phi Gallery” adlı gözəllik qalareyasını təsis etmişdir.
Elvin Dadaşsoy həmçinin fərdi inkişaf və biznes yönümlü təlimlər verir. Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisidir. Ailəlidir, 1 övladı var.
Ən böyük arzusu bizneslərində 100 000 azərbaycanlını işlə təmin etməkdir.

Orxan Rzayev

Orxan Rzayev

Orxan Rzayev 1987-ci ildə Bakıda anadan olub. 282 saylı məktəbdə, “Zəngi” Liseyində təhsil alıb. 2005-ci ildə 666 balla AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb. 2009-2010-cu illərdə Gəncədə N saylı hərbi hissədə xidmət edib. 2010-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. 2010-2012-ci illərdə jurnalist kimi çalışıb. 2013-cü ildən startap sektorundadır. Manads, Roadinfo, Coli kimi layihələrin həmtəsisçisi olub. Hazırda MobChannelKeepface startapları ilə məşğuldur. 2016-cı ilin mart ayında Vaqif Abbasovla birgə Mediamark Agentliyini təsis edib, hazırda Agentliyi idarə edir. 5 ildən artıq müddətdir ki, sosial media marketinqi üzrə fəaliyyət göstərir, 50-dən çox şirkətə konsultasiya verib, rəqəmsal marketinq strategiyasının qurulmasına iştirak edib, mütəmadi seminarlar keçir. ABŞ, İsveçrә, İtaliya, Almaniya, Fransa, Hollandiya vә Türkiyәdә keçirilәn treyninqlәrin vә tәdbirlәrin iştirakçısıdır. 2014-cü ildən Orkhanrza.com bloqu fəaliyyət göstərir (2016-cı ilin III rübündən etibarən ölkədə ən çox oxunan sosial media bloqudur). 2016-cı ildən Sosial Media Marketinqi” Təlimləri tədris edir. Ailəlidir, Zəhra və Leyla adlı iki qızı var.

Rüstəm Həsənov

rüstəm həsənov

Rüstəm Həsənov 1994-cü ildə anadan olub. Uzun müddət Adobe şirkətində fəaliyyət göstərib. Hal-hazırda təsisçisi olduğu NOVA şirkətində çalışır. NOVA dövlət qurumlarını, yerli və beynəlxalq şirkətləri İT xidmətləri ilə təchiz edən mühəndislik və proqramlama şirkətidir.

Orxan Şahbaz

Orxan Şahbaz 1992-ci ildə Bakı şəhərində anadan olub. Odlar YurduUSA Lincoln Universitetinin ikili diplom proqramı ilə Biznes İdarəetməsi(BBA) fakültəsində təhsil alıb. Hazırda İsveçrənin Zürix Universitetində master təhsili alır.
Karyerasına fəhlə daha sonra mühafizəçi kimi başlayıb. Daha sonra yerli və xarici şirkətlərdə biznes inkişafı üzrə mütəxəssis vəzifəsində çalışıb. 2016-cə ildə “0” manatla ORKHANWAY|Coaching-şirkətini təsis edib.
Şirkət yerli və xarici müəssisələrdə Biznes Araşdırması, Marketinq, Menecment, Satış,Bədən Dili, Psixologiya sahələrində master klasslar həyata keçirir.
Orxan Şahbaz həmçinin Beynəlxalq Əmək Təşkilatının(İLO) Biznes Təlimçisidir. O Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq proqramında biznes təlimlərini həyata keçirmişdir.

Mikayıl Mirzəzadə 

1998-ci ildə Azərbaycanda anadan olan Mikayıl Mirzəzadə Azərbaycanda Dövlət İqtisad Universitetində təhsilini davam etdirir. 2015 ci ildən Plus Group Şirkətini təsis edib.Plus Group şirkətinin təhsil mərkəzi üzrə Plus Line Education & Consulting ,İnformasiya Portallarından Minion.az , Eduland.az Plus Group məhsullarıdır. Plus Group şirkəti informasiya portalları sahəsində daha da inkişaf edəcəkləri və fəalliyyət istiqamətinin artırılması məqsədi ilə ” Webinno Inc ” şirkətindən Millimedia.info informasiya portalının satın alınması üçün Plus Group Heyəti danışıqlar aparır.

Fərid Məhərrəmli

fərid məhərrəmli

Fərid Məhərrəmli 1994-cü ildə Qazax rayonunda anadan olub. 2012 -2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Sənaye menecmenti ixtisasında təhsil alıb. 2013-cü ildə Azərbaycanın ilk şəxsi inkişaf saytı olan innovasiya.com qurduqdan sonra 2016-ci ildə 10.000 azn qarşılığında satıbdır. 2016-cı ildə 2nəfər gənclə birgə Webinno inc IT şirkətni təsis edibdir. Ölkədə daha çox tedbirli.com event orgnizatin şirkəti ilə məhşulaşmasına baxmayaraq Məhərrəmil həmçinin xariceget.com ( beynəlxalq layihələr) videonews.az (lokal youtube bağlantılı platfomra) kimi şirkətlərin də sahibidir. Hal-hazırda Polşada qlobal bir layihə üzərində işləyir.

Nicat Manafov

nicat manafov

28 yaşlı Nicat Manafov Türkiyədə Anadolu Universitetində bakalavr, Rusiyanın Plexanovo Universitetinində magistr təhsili alıb. 2016-cı ildə Ziya Əsgərov və Vüqar Süleymanovla birlikdə Buket.al saytını yaradıblar. Buket.al 300-dən çox məhsul kataloquyla ölkənin ən geniş məhsul çeşidinə sahib onlayn gül mağazasıdır. Hal-hazırda 8 gül salonu ilə partnyorluq edir və sahəsinin lideridir. Nicat hazırda investisiya olunacaq layihələrin axtarışındadır.

Cavid Məmmədov 

Cavid Məmmədov 1988-ci ildə Göy-Göl rayonunda dünyaya gəlib. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqişünaslıq” ixtisası üzrə alıb. 2014-cü ildə “Sumaks” şirkətini qurub.

Vüqar Quluzadə 

1994-cü ildə Hacıqabul rayonunda anadan olan Quluzadə Vüqar Xəzər Universitetində Telekommunikasiya mühəndisliyi üzrə təhsil alıb.Hal-hazırda ABŞ-da George Washington University–də MBA təhsilini davam etdirir. 2017-ci il Mart ayında GƏNC Kart şirkətini təsis edib. Bu şirkət 16-35 yaş arası bütün şəxslərə kart və ya application vasitəsi ilə endirimlər, hər ay limitsiz danışıq, pulsuz internet paketi təmin edir. Daha sonra qısa zamanda 3 aylıq fəaliyyətləri nəticəsində Sentyabr ayında GƏNC Kart üzvlərinə ictimai nəqliyyatı pulsuz istifadə etmək imkanı verəcəkdir. Eyni zamanda Q.Vüqar Nəqliyyat Rabitə və Yüksək Texnologiyaları Nazirliyində mühəndis vəzifəsində çalışır.

Tamerlan İsmayilov

tamerlan ismayilov

Tamerlan İsmayılov 1992-ci ildə anadan olub. Dövlət İdarəçilik Akademiyasında təhsil aldığı müddətdə müxtəlif şirkətlərdə çalışmağa başlayıb. Universiteti bitirdikdən sonra isə marketinq menecer və rəhbər vəzifələrdə çalışıb. İlk şirkəti olan Brandup agentliyini 2015-ci ildə təsis edib. Bundan sonra 3D çap texnologiyaları istiqamətində “DDD Print” və biznes hədiyyələrlə məşğul olan “Biznesklass” şirkətini yaradıb. Bunlardan əlavə, 2017-ci ildə sahibkar və rəhbərlərin şəbəkələşməsi üçün “Majlis Business Network“un əsasını qoyan şəxslərdən biri olub.

Fuad Paşayev

Fuad Paşayev 1998-ci ildə Bakıda anadan olub. 2015-ci ildə Qafqaz universitetinə daxil olub. 2011-ci ildən proqramlaşdırma ilə məşğuldur. İT sektorunda fəaliyyət göstərən Terind Group şirkətinin təsisçisidir.

Ədalət Əliyev

Ədalət Əliyev digərlərindən fərqli olaraq öz biznesini xarici ölkədə qurub. Kanadaya yeni gedəndə sürücü kimi çalışıb. Sonra bir çox qurumlarda təşkilati işlərə baxıb. İstedadı onu çox da gözlətməyib. 24 yaşında özünün foto və video çəkilişləri ilə məşğul olan studiyasını qurub. Daha sonra tər güllərdən oyuncaqlar düzəldən studiya yaradıb. Kanadada yaşayan həmyerlimiz, “Mirror” studiyasının və “Toy Florist” mağazasının rəhbəridir.

Biznes quran gənc Azərbaycanlı xanımlar

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...