Əsas səhifə Biz+ Onlar milyonçu olmaq üçün nə etdilər?

Onlar milyonçu olmaq üçün nə etdilər?

1050
PAYLAŞ

James Swanwick – iş adamı, yazıçı

Məhsulu və xidməti necə satacağınızı öyrənin. Bir il içində telefonla 2.7 milyon dollarlıq bir proqram satdım və nəhayət satış texnikalarını öyrəndim. Bu nailiyyət yəqin ki, 30 yaşlarımda qaçırılmış gəlir fürsətləri ilə birlikdə 20 milyon dollara başa gəldi. Satışları sevmədiyinizi hiss etsəniz və bu sizi narahat edirsə belə, fərqi yoxdur. Hər bir halda öyrənin. Satış çox böyük bir şeydir. Mütləq bir satış məsləhətçisi ilə işləyin. Telefonu əlinizə götürün və satış texnikalarınızı tətbiq edin. Müştərilərin problemlərini həll etməsinə və hərəkətə keçməsinə kömək edin. Əgər bu mövzuda baş sındırsanız və satış işlərini sevsəniz milyonlarla pul qazana bilərsiniz.

Ory McDonald – OneLife qurucusu və CEOsu

İnvestisiyanı büdcənizin 20 faizi ilə məhdudlaşdırın.
Hər hansı bir layihəyə qoyulan investisiya, büdcənin 20 faizi ilə məhdudlanmalıdır. İş həyatında 9 qazanclı layihə həyata keçirən insanlar gördüm, halbuki 10-cu proyektə etdiyi maddi yatırıma görə müflisləşdilər.

Evan Luthra – EL Group international 

Sistemlər yaradaraq insan kapitalının gücündən faydalanın.
Vaxtınızı qənaətlə istifadə edərək keyfiyyətli məhsul əldə etmək üçün daim insani sərmayədən faydalanın. Tək bir kod sətiri belə yazmamışam. Ancaq işçilərimiz layihələrimizi həyata keçirmək üçün milyonlarla kod sətir yazdı. Onlar çəkdikləri zəhmətə görə bir miqdar pul aldı mən isə yaratdıqları layihələrə görə milyonlarla dollar. Aylardır ofsimizi ziyarət etmirəm. Çünki həyatımı yaşamaqla və dünyanı gəzməklə məşğulam.

Scott Oldford – İNFİNİTUS

Şansa güvənməyin. Bir çox müəssisə əlaqələrə, şəbəkə yaratmağa, təkliflərə və bir sonrakı tövsiyəyə güvənir. Bu sistem üzərinə milyonlarla dollarlıq bir iş qurmuşdum. Daha sonra müvəffəqiyyətsiz oldum. SSFMethod kimi potensial müştərilər yaratmaq üçün bir yolunuz yoxdursa sürətli və davamlı böyümə hədəflərinizin gerçəkləşmə imkanı az olacaq. Çətin yoldan öyrənmək mənə 726.000 dollara başa gəldi. Avtomatlaşdırılmış qabaqcıl istehsalınız yoxdursa deməli bir işiniz yoxdur. Bir hobbiniz var.

Neil Twa – eCom Pro Academy qurucusu

Əvvəllər insanların bir işdən nə qazanacağından yox, sadəcə işin özündən danışardım. Daha sonra əsas önəmli məsələnin insanlar olduğunu öyrəndikdə diqqətimi ilk olaraq digər insanların maraqlarını öyrənməyə cəmləşdirdim. Əgər bunu daha öncə anlamış olsaydım bacara biləcəyim çox nailiyyət, əldə edə bilə biləcəyim onlarla müqavilə var idi.

PAYLAŞ