Onedio qurucusu Kaan Kayabalı ilə müsahibə

Date:

Paylaş:

Əgər aktiv internet istifadəçisinizsə Onedio saytıyla mütləq qarşılaşmısınız.

Onedio, internetdə ən məşhur xəbərləri görə biləcəyiniz və videolar izləyə biləcəyiniz bir platformadır. Aylıq 27 milyona qədər ziyarətçisi var. 2011-ci ildə Kaan Kayabalı tərəfindən qurulan və ümumi 5 milyon dollarlıq investisiya alan Onedio, yeni sərmayə axtarışlarını davam etdirir. Onedionun CEO-su Kaan Kayabalı, düşündükləri  sərmayəni əldə etməklə, dünya medyasının əjdahalarından olmağı planlaşdırdıqlarını bildirib.

İnternetin yayılması, xüsusilə gənclərin media axtarış vərdişlərində də köklü dəyişikliklər yaradır. Günə qəzet oxuyaraq başlayan nəslin uşaqları, səhər qalxar qalxmaz sosial şəbəkələrə baxır. Testlər, əyləncə xarakterli məlumatlar və videolar da ən çox izlədikləri seçimlər siyahısındadır. Onedio da gənclərin bu marağını fürsətə çevirən yeni nəsil bir media şirkətidir.

2010-ci ildə vətəndaş Jurnalistikasının inkişaf edəcəyi düşüncəsiylə ilk əvvəl Onedio adının potentini alan Kaan Kayabalı, 2011-ci ildə da ODTÜ-də yerləşən texnoparkda işə başlayaraq ideyasını gerçəkləşdirməyə başlayır. İlk olaraq ciddi xəbərlərin yer alacağı bir blogların yazılması düşünülən Onedio, bu gün internetin ən məşhur xəbərlərini, fotoşəkillərini görə biləcəyiniz, videolar izləyə biləcəyiniz bir platformaya çevrildi.

Bəs bu saytın müəllifi olan Kaan Kayabalı kimdir? Bu ideya necə yarandı? Dünyaca məşhur olmasının səbəbi nədir? Bu kimi suallar sizi də maraqlandırırsa, Kaan Kayabalı ilə olan müsahibəni oxumaq həm maraqlı həm də faydalı olacaq:

– Sizin ümumiyyətlə iş həyatına qatılma hekayəniz nə zaman və necə başladı?

Ankarada anadan olmuşam və ailə üzvlərim dövlət qulluqçularıdır. ODTÜ Elektrik-Elektronik Mühendisliyində oxumuşam. Magistr təhsilimi MBA üzrə Bilkent Universitetində almışam. Məktəbi bitirən kimi 2005-ci ildə məktəbdən tanıdığım dostum Demirhan Büyüközcü ilə birlikdə ilk şirkətim olan V-Countu qurduq. V-count İnsan sayma sistemi idi. Bu ideyamız daha sonra böyük mağazalarda ticarət mərkəzlərində müştəri sayına nəzarət etməyə yarayan cihazlar və proqramlar hazırlayan bir şirkət oldu. Hələ ortaqlığımız  davam edir amma işi Demirhan icra edir. 2013-ci ildə oradakı səhmlərimi saxlayaraq işdən ayrıldım.

– Onedionu qurma fikri nə zaman yarandı və ilk investisiyanı nə vaxt almısınız?

Onedionun ad patentini 2010-cu ildə aldım. Ərəb Baharı və vətəndaş Jurnalistikasının yüksəldiyi bir dövr idi. Amerikada Huffington Post yaxşı inkişaf etmişdi. İngiltərədə digital media sürətlə böyüyürdü. Yeni nəsil media şirkəti Türkiyədə də olmalıdı deyə düşündüm və fikirləşdim ki bunu niyə mən etməyim. Ancaq bir tərəfdən də digər şirkətim V-Count sürətli inkişaf edirdi  və zamanımın böyük hissəsini alırdı. O vaxt bir web dizayner sayt dizaynı üçün işə başladı və Onedionu şirkət olaraq 2011-ci ilin Oktyabrında ODTÜ-nün Texnoparkında qurduq. İçində ciddi xəbərlərin olduğu bir blog olsun deyə nəzərdə tutmuşduq. Hələ ideya mərhələsində 250 min dollarlıq bir mələk investisiyası aldıq. İnsanlar xəbər yazdılar amma çox oxunmadı. 4-5 ay belə davam etdi. Sonra saytda yenidənqurma işləri başladı. Öz redaktor komandamızı qurduq. Ondan sonra sürətli böyümə reallaşdı. “Gezi” hadisələri da məşhurluğumuzu artırdı.

– Bu günə qədər neçə dəfə investisiya almsınız?

Revo Capitaldan iki dəfə investisiya aldıq. Bunlar, 2013-cü ildə 600 min dollar, 2014-cü ildə isə 1 milyon dollarlıq yatırımlar idi. 2015-ci ildə isə EBRD-dən 3 milyon dollar investisiya aldıq. Bu günə qədər aldığımız investisiyanın ümumi məbləği 5 milyon dollardır.

– Bu sərmayələri necə dəyərləndirdiz?

Həmişə komandamızı böyütdük. Bu gün freelance çalışanlarla birlikdə ümumi 130 nəfərlik bir qrupumuz var. Məsələn son aldığımız sərmayə ilə video qrupu və studiyası qurduq, avadanlıq aldıq. Türkiyənin ən yüksək digital video istehsal tutumuna sahib platforması olduq. Ayda 100 video hazırlayırıq. Bu videoların aylıq 80-90 milyon baxışı var.

– Bu yeni bir model olduğu üçün investorlara izah etmək yəqin ki asan olmayıb. İlk olaraq hansı şirkətlə işləmisiniz?

Qlobal markalar satışlarını digital marketinq strategiyası üstə qurur. 2014-dən etibarən qlobal markalardan tələblər gəlməyə başladı. O tarixdən etibarən hər il dövriyyəmizi 3 dəfə artırırıq. İlk müştərimiz Sushico idi. Onlara sushi yeyərkən diqqət etməli olduqlarınız adlı bir məqalə hazırladıq. Bu məqalənin sonuna da “Ürəyindən keçdisə tıkla sifarişin gəlsin” düyməsini əlavə etdik. Birbaşa sushi ilə maraqlanan oxuculara xitab edən bir reklam oldu.

– Bu gün məzmunların nə qədəri sponsorlu olur?

Gündə 60 orijinal məqalə hazırlayırıq. 20 viral video və 30 xəbər. Bu 120-130 yeni paylaşım deməkdir. Gündə bu məzmunların 2 ya da 3-ü sponsorlu olur. İzləyicini yormaq istəmirik. Məqsəd əyləndirmək və məlumatlandırmaqdır. Oxucu onsuz da sponsorlu olduğunu görür.

“Onedio TV nəzərdə tutulub”

Youtube kanalımızda da izlənmə gedərək artır. Videolarımıza da etdiyimiz investisiyanı davam etməkdə qərarlıyıq. Bu gün 25 nəfərlik qrupu 100-ə qaldırmağı planlayırıq. Ötən il fevral ayında Youtube kanalını açdıq və hazırda 175 mindən çox izləyicimiz var. Bu gedişlə tv açacağıq.

– Sizdən sonra bənzər məzmunlu bir çox platforma ortaya çıxdı. Ancaq siz hələ ən çox təqib edilən sayt olaraq öndəsiniz. Sizin fərqiniz nədədir?

Alqoritm və ictimai medianı yaxşı istifadə etməyimiz bizi önə çıxarır. Uğurumuzun sirri, məncə bundadır. Hansı fotoşəkilin, hansı saatın və yazı dilinin təsirli olduğunu bilirik. Yaş ortalamamız 24-dür və gənclərin nəbzin tuturuq. Məsələn heç bir platformada mətn içində smayliklər yoxdu amma biz istifadə edirik. Başqası eynisini edib bizə oxşamağa çalışanda fake Onedio olaraq görülür. Yenilik, isə innovasiyadır və elastiklik qabiliyyəti də bizi önə çıxaran digər xüsusiyyətlərdəndir deyə düşünürəm.

– Onedio Türkiyə xaricində da fəaliyyətə başladı. Xaricdəki hədəfiniz nədir?

2015-ci il oktyabr ayından Onedio Rusiyada fəaliyyətə başladı. Rusiyada sponsorlu məqalə üçün bir agentliklə razılaşdıq və ilk sponsorlu yayınımızı Nike üçün etdik. İngilis dilində yayıma  isə çox yeni başladıq. Bir sonrakı hədəfimiz olan Ərəb dilində yayıma bu il başlayacağıq. Hədəfimiz, Türkiyədəki müvəffəqiyyətin eynisini yeni bazarlarda da əldə edə bilməkdir. 2017-ci ildə yeni yatırım da alırıq. Bu istiqamətdə danışıqlarımız davam edir.

– 2015-ci ildə dövriyyəniz nə qədər idi və 2016-nın büdcəsini nə qədərlik bir artımla bağladınız?

2015-ci ildə dövriyyəmiz 2.2 milyon dollar idi. 2016-cı ili də dövriyyəni üç dəfə artıraraq başa vurduq. Hədəfimiz 10 milyon dollardır(gülür)

Ən uğurlu reklam

670 MİN ADAM: Onedionun bu günə qədər etdiyi ən uğurlu sponsorlu paylaşımlardan biri Pegasus üçün yaradılan test oldu. “Sənin ruhun hansı Avropa şəhərinə aiddir” başlıqlı bu testə 100 min baxış nəzərdə tutduğumuz halda 670 min adam həll etdi.

80 MİN ADAM PAYLAŞDI: İstifadəçilər orada çox müvəffəqiyyətli bir alqoritm olduğu üçün çıxan nəticəni özləriylə əlaqələndirir və paylaşır. Bu da viral bir təsir yaradır. Testi həll edən 670 min adamın 80 mini test nəticəsini paylaşdı. Reklam Pegasusun satışlarına da müsbət təsir etdi. Bu iş ən çox bilet satdıran kampaniya oldu.

Yemeksepeti necə yarandı?

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...