Əsas səhifə Gəlir-mənfəət “Nokia”nın şəbəkə biznesi ötən rüb şirkətə 5,83 milyard avro gəlir gətirib.

“Nokia”nın şəbəkə biznesi ötən rüb şirkətə 5,83 milyard avro gəlir gətirib.

67

“Nokia” şirkəti 2017-ci ilin son rübü üçün maliyyə hesabatını açıqlayıb.

Lent.az-ın “servernews.ru” saytına istinadən verdiyi məlumata görə, şirkətin gəlirləri il ərzində demək olar ki, dəyişilməz qalıb. Belə ki, 2016-cı ilin dördüncü rübündə gəlirlər 6,73 milyard avro, 2017-ci ilin eyni dövründə isə 6,67 milyard avro təşkil edib. Beləliklə, 1 faizlik azalma qeydə alınıb.

“Nokia”nın şəbəkə biznesi ötən rüb şirkətə 5,83 milyard avro gəlir gətirib. Bu isə bir il əvvəlki nəticədən (6,09 milyard avro) təxminən 4 faiz azdır.

Eyni zamanda, əməliyyat gəlirləri illik nisbətdə 7 faiz artıb. Əgər 2016-cı ilin son rübündə bu nəticələr təxminən 940 milyon avro təşkil edirdisə, ötən il bu göstərici 1 milyard avroya çatıb. Bununla belə, şirkətin xalis mənfəəti 6 faiz – 676 milyon avrodan 716 milyon avroya qədər artıb.

Paylaş