Əsas səhifə Maraqlı Niderland sakini bütün mülkünü sataraq Bitcoinə yatırıb

Niderland sakini bütün mülkünü sataraq Bitcoinə yatırıb

509

39 yaşlı  Niderland sakini Didi Taihuttu səmimi qəlbdən inanır ki, bitcoini böyük gələcək gözləyir. O, öz evinin və bütün əşyalarını sataraq, əldə etdiyi pulun bir hissəsini kriptovalyutalara yatırım edib. İndi isə bitcoinin bütünlüklə dünyanı fəth etməsini və özünün isə varlanmasını gözləyir.

«Siz deyəcəksiniz ki, bu oğlan dəli olub, – Taihuttu söyləyir  – amma mənim ailəm macəraları sevir. Biz risk edib, asketik (tərki dünya) şərtlərində yaşamağa hazırıq. Risksiz həyat darıxdırıcı olardı».

Didi inanır ki, bitcoin kimi kriptovalyutalar və blokçeyn texnologiyası, bankların və pulun cəmmiyyətdəki rolunu dəyişəcək.

«İnternet informasiya sahəsində inqilaba səbəb oldu. Mənim fikrimcə, blokçeyn və kriptovalyuta pul sistemində inqilab edəcək, – Didi bildirdi.  – Beş il sonra hər kəs deyəcək ki, bu gözlənilən idi. Mən isə indidən dəyişəkliklərə hazır olmaq qərarı verdim».

Didinin sözlərinə əsasən, o kriptovalyuta ilə hələ 2010-cu ildən, bitcoinin dəyərinin 1 avrodan da az olduğu vaxtlarda maraqlanmağa başlayıb. Dostu ilə birlikdə Taihuttu kompüter və videokartlar alıb və mining prosesinə girişib. 2013-cü ildə bitcoinin dəyəri bir neçə yüz dollara yüksəlib. Onda Didi özünə aid olan partiyanı satıb.

 

«Əgər mən onda bilsəydim ki, dörd il sonra qiymət 10 dəfə yüksələcək, həmin vaxtlar nəsə satmaq heç ağlıma gəlməzdi, o açıqlayıb, – o vaxt mən yalnız  ani mənfəət haqqında düşünürdüm».

Sonra isə bitcoinin dəyəri yenidən düşür. Mining elektrik enerjisinə edilən məsrəfləri qarşılamaq iqtidarında olmur. Didi isə Dogecoin kriptovalyutasına keçid edir və iki il müddətindən mining işindən imtina edir. Keçən il isə onun ailəsi şəxsi faciə ilə üzləşir – Didinin atası 61 yaşında xərçəng xəstəliyindən vəfat edir.

«Bu çətin dövr idi, – Didi etiraf edir. – Mənim əlim-qolum yanıma düşmüşdü. Mən öz biznesimi satdım (Kompüter kursları biznesi, Didi 11 il həmin bizneslə məşğul olub) və ailəm ilə birlikdə səyahətə yollandım».

Doqquz ay ərzində Didi öz həyat yoldaşı və üç uşağı ilə birlikdə Asiya və Avstraliyada səyahətdə olub. Səyahət vaxtı dostlarından biri ona zəng edərək, iki il öncə aldığı altkoinlərin vəziyyəti ilə maraqlanıb. Həmin vaxt Degecoinin dəyəri 10-20 dəfə artmışdı.

«Dogecoinin qiyməti yüksələndə, mən başa düşdüm ki, dünyada nəsə ciddi şey baş verir », —Didi danışır. Səyahət zamanı o tez-tez kriptovalyuta istifadə edən insanlar ilə rastlaşır. Balidə Didi 17 illik iş fəaliyyətindən sonra təqaüdə çıxıb, kriptovalyuta ticarəti ilə məşğul olan Cənubi Afrikalı broker ilə qarşılaşır. Avstraliyada çimərlikdə isə o Dubaydan olan kriptovalyuta treyderi ilə tanış olur.

«Bütün bunlar sadəcə təsadüf ola bilməzdi – Didi qərar verir – Onda, mən (kriptovalyuta biznesinə)  qayıtmaq qərarı verdim».

Evə qayıtdıqdan sonra, Didi daşınmaz əmlak agentliyinə müraciət edərək, evinin 85 bitcoinə satmaq istədiyi haqqında məlumat verir. Səkkiz ay ərzində onun əmlakı heç kəsi maraqlandırmır. Sonra isə onun qeyri-adi təklifi haqqında pressa məlumat yayır və hansısa kriptovalyuta brokeri evi alır. Amma sövdəni avroda həyata keçirməli olurlar. Çünki banklar hələ ki, belə tranzaksiyaların bitcoin ilə keçiriləsini dəstəkləmir.

Minimalist həyat tərzi

Evi satdıqdan sonra, Didinin ailəsi kiçik kənd evinə köçür. Əvvəllər onun hər qızının ayrıca otağı var idi, indi isə onlar bir otaqda qalmalı olur. Həmin müddətdə isə ailə qalan əşyaları da satmağa çalışır ki, maksimal miqdarda bitcoin alsın. Ailə 2020-ci ilə qədər bu tərzdə yaşamağı planlaşdırır.  Həmin dövrdə qədər Didi Bitcoinin bütün dünyanı tutacağına, onun sərvətinin isə 2-3 dəfə artacağına inanır.

İndi isə ailə minimalist və asketik həyat tərzi sürür.  “Belə həyat tərzi mənim həyat yoldşaım üçün həlledici faktor idi. Uşaqlar üçün ən vacibi təhsildir. Onları materialist böyütmək lazım deyil, amma əvvəllər biz onları məhz elə böyüdürdük.”

Bəs, hər şey düşündüyünüz kimi getməsə necə olacaq? “Onda biz hansısa müddətdə pulsuz qalacağıq,  Didi cavab verib – amma düşünmürəm ki, bu insan həyatında baş verə biləcək ən qorxulu şeydir”.

©banco.az

Paylaş